Gürcüstan XİN-dən yeni açıqlama: Bunu şərh etmirik!
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan XİN-dən yeni açıqlama: Bunu şərh etmirik!

Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) Serbiyadan silah-sursatın Ermənistana ölkə ərazisi vasitəsilə çatdırılmasına dair Azərbaycan mətbuatında yer alan növbəti məqaləni şərh etməyə hazırlaşmır.

Publika.az "Report"a istinadla xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Laşa Darsalia “Rustavi 2” telekanalına bildirib.

Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlığı vurğulayan nazir müavini deyib ki, Azərbaycan tərəfi ilə bütün önəmli məsələlər üzrə yüksək səviyyədə təmas var: “Azərbaycanlı həmkarlarımız və dostlarımızla bütün vacib məsələlərlə bağlı daimi təmasdayıq və müzakirələr aparırıq”.

Qeyd edək ki, ötən gün Gürcüstan XİN Ermənistana minomyotların Gürcüstan vasitəsilə çatdırılması barədə Azərbaycan mətbuatının yaydığı məlumatları həqiqətə uyğun olmadığını bəyan edib. Bu gün Azərbaycan mətbuatında bu mövzuya dair fotofaktların yer aldığı növbəti məqalə dərc olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm