Cənubi Qafqaz
Nikol bu dəfə Vanetsyana hücum etdi – İrəvanda siyasi toqquşmalar qızışır
Ermənistanda hakimiyyətin müxalifətə qarşı siyasi repressiyası genişlənir.
Publika.az xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Sarukyandan sonra Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, “Vətən” partiyasının sədri Artur Vanetsyanla bağlı da cinayət işinin açıldığına dair xəbərlər yayılıb.
Partiyanın rəsmi açıqlamasında bildirilir ki, cinayət işinin detalları məlum deyil.
Vanetsyan bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinə (SNS) dəvət olunub.
Lakin SNS-nin rəsmi açıqlamasında Vanetsyanla bağlı cinayət işinin başlanması xəbərləri təkzib olunub.
“Vətən” partiyasının funksioneri Arsen Babayan bildirib ki, Paşinyan Vanestyana qarşı repressiya tətbiq edir.
“Partiya sədrinin SNS-yə dəvət olunması siyasi repressiyanın başlanğıcıdır. Cinayət işinin başlanacağı haqda da xəbərlər yayılıb. Bizə bildirirdilər ki, bu haqda izahatdan sonra məlumat veriləcək. Lakin hər şey müəmmalı olaraq qalır”, - Babayan deyib.
“Faktinfo” saytı isə yazır ki, Vanetsyan “Milli təhlükəsizlik orqanları haqqında” qanunun 16-cı maddəsinin pozulması ilə bağlı izahat verib.
A.Vanetsyan izahat verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, hakimiyyət siyasi fəaliyyətini dayandırmaq üçün ona müxtəlif yollarla təzyiq edir.
Erməni siyasətçi keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanla görüşəcəyini istisna etməyib.
Asif
-
Cənubi Qafqaz03:43Ermənistanda NATO ilə birgə təlimlər başlayır
-
Magazin202:42Cennifer Lopez 20 illik illüziyanı dağıtdı - tamamilə fərqlənir
-
İdman01:41Mbappe yeni rekorda imza atdı
-
Qoroskop00:15Günün ULDUZ FALI - Xırda mübahisələr böyüyə bilər
-
Sosial16 İyun 23:36Tanınmış vəkilin qızı motosiklet qəzasında həlak oldu
-
Sağlamlıq16 İyun 22:48Mükəmməl səhər yeməyinin FORMULU AÇIQLANDI
-
Magazin116 İyun 21:36Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
-
MDB16 İyun 20:48Müəllimi Putinə MƏSLƏHƏT VERDİ - “Özünə sübut etməyə çalış ki...”









.webp)


























