Əsgər ölümlərinə görə qovulan nazirin yerinə başqası gətirildi
Bizi izləyin

Cənubi Qafqaz

Əsgər ölümlərinə görə qovulan nazirin yerinə başqası gətirildi

Ermənistan Müdafiə Nazirliyinin hərbi polisi vəzifəsinə yeni təyinat olub.

Publika.az xəbər verir ki, prezidentin mətbuat xidmətindən verilən məlumata görə, bu vəzifə Aşot Zakaryana tapşırılıb.

Ermənistan prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, son polis rəisi Artur Bağdasaryanın bu ilin fevralında orduda qeyri-döyüş şəraitindəki itkilər və baş verən sensasion faciəli hadisələrdən sonra vəzifəsindən uzaqlaşdırılmışdı.

Məlumata görə, Aşot Zakaryan əvvəllər Gümrüdə, daha sonra Vanadzorda hərbi polis rəisi vəzifəsini tutub. O, 2008-ci il prezident seçkiləri zamanı Levon Ter-Petrosyanın namizədliyini dəstəkləyib. 2018-2019 Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəisi vəzifəsində çalışıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm