Akardan İrəvana SƏRT ÇIXIŞ: Gəncə və digər şəhərlərə...
Bizi izləyin

Cənubi Qafqaz

Akardan İrəvana SƏRT ÇIXIŞ: Gəncə və digər şəhərlərə...

“İşğalçı Ermənistanın Tovuzdan sonra başqa mülki yaşayış obyektlərinə hücuma cürət etməsi və təkəbbürü səbrimizi daşıran son damla oldu”.

Publika.az xəbər verir ki, bunu Qətər üçün inşa edilən hərbi təlim gəmisinin suya endirilməsi mərasimində çıxışında Türkiyənin Müdafiə naziri Hulusi Akar deyib.

“Otuz ildir Azərbaycanın öz torpaqlarının 20 faizinin işğal edilməsinə səs çıxarmayanların atəşkəs çağırışı etmək yerinə işğalçı Ermənistanın Qarabağı tərk etməsini təmin etmələri daha doğru olacaq. Xocalıda barbarlıqla uşaq, qadın, qoca demədən minlərlə məsum insanın qətlə yetirilməsinə, milyona yaxın insanın evindən didərgin düşməsinə göz yumanların Ermənistanı şıltaqlaşdırmaqdan imtina etmələri yerinə düşər”, - nazir qeyd edib.

H.Akar əlavə edib ki, Gəncə və digər yaşayış məskənlərinə raket və qadağan olunmuş silahlarla hücum etmək Ermənistanın barbarlığını, cahilliyini və gerçək üzünü ortaya qoyur: “Ermənistan müharibə cinayəti işləyir. Bu problem indi və dərhal həllini tapmalıdır. Hər zaman hər yerdə qürurla ifadə etdiyimiz kimi, Azərbaycanın dərdi bizim dərdimiz, sevinci bizim sevincimizdir”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm