Darmadağın olan Ermənistanın rəhbərliyi indi də onlara yalvarmağa başladı
Bizi izləyin

Cənubi Qafqaz

Darmadağın olan Ermənistanın rəhbərliyi indi də onlara yalvarmağa başladı

Ermənistan prezidenti Armen Sarkisyan xaricdə yaşayan ermənilərə müraciət edib.

Publika.az xəbər verir ki, o, ermənilərin ölkəyə geri qayıtmalı və potensiallarını öz vətənlərinə sərf etmələri olduqlarını bildirib.

Erməni prezidenti qeyd edib ki, növbəti 20 ildə ölkənin dirçəlməsi üçün qüvvəyə ehtiyacları var.

Qeyd edək ki, Azərbaycanla müharibə Ermənistanın hərbi gücü ilə yanaşı, iqtisadiyyatını da çökdürüb. Onsuz da, əhalisi az olan Ermənistan müharibədə 13 min canlı qüvvə itirib. Bundan başqa, milyardlarla dollar ziyana düşüb. Artıq əksər investorlar ölkədən sərmayələrini çıxarmağa başlayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm