Cənubi Qafqaz
Qarabağın taleyi Ermənistanın da başına gələcək - Erməniləri Azərbaycan qorxusu bürüdü
Paşinyan getməsə, Qarabağın taleyi Ermənistanın da başına gələ bilər.
Publika.az xəbər verir ki, bunu müxalif Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyan yerli telekanallara verdiyi müsahibədə deyib.
O əmindir ki, hazırkı hakimiyyət həm Rusiya, həm də ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə səlahiyyətli danışıqlar apara bilsəydi, Qarabağ münaqişəsi fərqli bir nəticə ilə bitə bilərdi: “Nikol Paşinyanın rəhbərlik etdiyi hazırkı hökumət getməlidir, əks təqdirdə ölkə Qarabağın taleyini yaşayacaq. Bu günlərdə vəziyyət çətin və təhlükəlidir, uçurumdayıq. 5-6 ay ərzində Qarabağın uçurumun kənarında olduğunu söylədim, Ermənistan haqqında da eyni şeyi söyləyirəm. Vəziyyəti dəyişdirmək üçün addımlar atılmalıdır - hökumət getməlidir”.
Onun sözlərinə görə, ölkəni bu çətin iqtisadi və siyasi böhrandan tam şəkildə çıxara biləcək və eyni zamanda danışıqlar apara biləcək birinə ehtiyac var. Sarukyan əmindir ki, müharibədə öldürülənlər üçün matəm saxlanmasaydı, müxalifətin mitinqinə 15 min deyil, 150 min adam qatılacaqdı. Amma vaxt gələcək, hər kəs mitinqlərə çıxacaq.
Sarukyan əmindir ki, hazırkı gənc və təcrübəsiz hökumət olmsaydı, müharibənin nəticəsi fərqli olardı və ya ümumiyyətlə, müharibə olmazdı.
Bundan əvvəl Nazirlər Kabineti rəhbərinin istefasını tələb edən 16 müxalifət partiyası keçid hökuməti qurmaq niyyətində olduqlarını elan edib və müstəqil Ermənistanın ilk baş naziri, İctimai Şuranın keçmiş rəhbəri Vazgen Manukyanı vahid namizəd olaraq irəli sürüb.
10 noyabrdan bəri İrəvanda Ermənistan baş naziri Nikol Paşinyanın istefası tələbi ilə mitinqlər və yürüşlər keçirilir. Aksiyaların əsas təşkilatçıları müxalifətin Daşnaksütyun, Vətən və Çiçəklənən Ermənistan partiyalarıdır.
Zümrüd
-
Nida Xəbər 08:15Prezident İlham Əliyev Ayazın arzusunu gerçəkləşdirdi: Ailəsinə “KamAZ” hədiyyə etdi - Foto
-
Dünya06:1610 yaşlı qız NASA-dan elə bir şey istədi ki... - Foto
-
Elm və təhsil03:18Nazirdən imtahanlarda sual hazırlayanlara müraciət
-
Qoroskop01:40Günün ulduz falı: Güclü emosiyalar sizi sarsıda bilər...
-
Dünya00:45“OpenAI” rəhbərinin evinə “Molotov kokteyli” atıldı - Foto
-
Nəqliyyat10 Aprel 22:48Bakının mərkəzi ərazilərində yenilik tətbiq ediləcək - Video
-
Magazin110 Aprel 20:36"Nikosayağı" aylar sonra göründü: qardaşının toyunda - Video
-
Dünya10 Aprel 19:50Ukrayna Xəzərdə neft platformalarını vurdu






































