Paşinyana qarşı aksiyada elə şəxslər iştirak edir ki... - Polis 70 nəfəri həbs etdi
Bizi izləyin

Cənubi Qafqaz

Paşinyana qarşı aksiyada elə şəxslər iştirak edir ki... - Polis 70 nəfəri həbs etdi

Ermənistan baş qərargahının keçmiş rəisi, KTMT-nin sabiq baş katibi Yuri Xaçaturovun oğlu İqor Xaçaturov İrəvanda hökumət əleyhinə nümayişdə iştirak edib.

Publika.az xəbər verir ki, Ermənistan polisi onu hökumət binası yaxınlığında keçirilən etiraz aksiyası zamanı saxlayıb.

Bu barədə “Razm.info” hərbi analitik portalının koordinatoru Karen Vrtanesyan özünün feysbuk səhifəsində yazıb.

Bildirilib ki, İ.Xaçaturovla birlikdə hüquq-mühafizə orqanları Birinci Qarabağ müharibəsinin iştirakçısı Şahen Meqryanın oğlu Zinavor Meqryanı da həbs edib.

“Sputnik Ermənistan” polisin 69 etirazçını bölmələrə apardığını yazıb.

Qeyd edək ki, müxalifət baş nazir Nikol Paşinyanı xəyanətdə və Qarabağı təslim etməkdə günahlandıraraq istefasını tələb edir.

Aksiyalar zamanı xəsarət alanların olduğu bildirilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm