İrəvanda etiraz aksiyaları genişləndi - Tələbələr və rektor da qoşuldu
Bizi izləyin

Cənubi Qafqaz

İrəvanda etiraz aksiyaları genişləndi - Tələbələr və rektor da qoşuldu

Ermənistan müxalifəti İrəvanda ilk mərkəzləşdirilmiş etiraz aksiyasına başlayıb.

Publika.az xəbər verir ki, onlarla fəal İrəvan Dövlət Universitetinin binasına daxil olaraq müəllim heyətini vətəndaş itaətsizliyi aksiyasına qoşulmağa çağırıb.

Onlar "Nikolsuz Ermənistan!" şüarı ilə dəhlizlərdə gəzərək müəllim və tələbələrə çağırışlar edir.

İrəvan Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Geqam Gevorqyan aktivistlərin qarşısına çıxaraq mövcud hakimiyyətin həqiqətən istefa etməli olduğunu deyib.

Müxalifətçilər 1 gün əvvəl taktikadakı dəyişiklik barədə xəbərdarlıq ediblər. Etiraz aksiyaları artıq yalnız yürüşlər şəklində deyil, həm də piket və nümayişlər formasında reallaşacaq.

Bu ərəfədə müxalif Vətənin Xilası Hərəkatının üzvü Geqam Manukyan çərşənbə günündən etibarən İrəvanın müxtəlif yerlərində kütləvi etiraz aksiyalarının başlanmasına çağırış edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm