Gürcüstan müxalifəti fasiləsiz mitinqlərə başlayır
Bizi izləyin

Cənubi Qafqaz

Gürcüstan müxalifəti fasiləsiz mitinqlərə başlayır

Bu gündən etibarən Gürcüstan müxalifəti fövqəladə fəaliyyət rejiminə keçir.

Publika.az xəbər verir ki, bu barədə Vahid Milli Hərəkat Partiyasının üzvü Zaal Udumaşvili bildirib.

Onun sözlərinə görə, mayın 15-də müxalifət Tbilisinin Rustaveli prospektində etiraz aksiyası keçirəcək: “Bu tarixə qədər isə mitinqlər həm paytaxt, həm də bölgələrdə təşkil olunacaq. Müxalifət fasiləsiz etiraz aksiyaları rejiminə keçir”.

Müxalifətçi davamlı etirazların sonda qələbə və ölkədə müsbət dəyişikliklərlə nəticələnəcəyini qeyd edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm