Cənubi Qafqaz
Ermənistanın yeni Baş Qərargah rəisi bəyanat yaydı
Silahlı qüvvələr siyasi məsələlərdə neytrallığını qoruyub saxlayacaq.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Ermənistan Baş Qərargahının yeni rəisi Artak Davtyan yaydığı bəyanatda bildirib.
O deyib ki, silahlı qüvvələr qarşısına qoyulan tapşırığı yerinə yetirəcək və Ermənistanın təhlükəsizliyini təmin edəcək.
O, Baş Qərargahın baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanatından sonra situasiyanın ordu rəhbərliyində həll edildiyini, prosesin qanuni müstəviyə keçdiyini vurğulayıb:
“Ermənistan silahlı qüvvələri, Konstitusiyaya uyğun olaraq hökumətə tabedir və siyasi məsələlərdə neytrallığını saxlayır, təhlükəsizliyi, Ermənistanın ərazi bütövlüyünü və toxunulmazlığını təmin edir”.
Qeyd edək ki, bu gün Nikol Paşinyan Artak Davtyanın artıq Baş Qərargah rəisi vəzifəsinin icrasına başladığını bildirib.
Davtyan 24 may 2018-ci ildən Baş Qərargah rəisi vəzifəsinə təyin edilmişdi. Lakin koronavirus məhdudiyyəti zamanı oğluna toy etdiyi üçün vəzifəsindən azad edilmişdi.
Baş Qərargahın Paşinyana qarşı son bəyanatından sonra baş nazir Davtyanı yenidən bu vəzifəyə təyin edib.
-
Sosial22:00
Sumqayıtlı gəncə yüksək VƏZİFƏ VERİLDİ
-
MDB21:12
Zaxarova Yeni il üçün görün hansı yeməyi hazırlayacaq - "Elə bişiririk ki..."
-
Sosial20:24
Polkovnik Fuad Qasımova yüksək VƏZİFƏ VERİLDİ
-
Magazin120:00
Pərvin Abıyeva mini ətəkdə - FOTOLAR
-
Sosial19:24
İki yaşayış məntəqəsi QASIZ QALACAQ
-
Nəqliyyat19:12
Yüksək vəzifədən azad edilən Zaur Hüseynovdan İLK AÇIQLAMA
-
Avropa17:20
Fitso Putinlə görüşə gedir, vəziyyət çətinləşir - Aİ necə reaksiya verəcək?
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...