Azərbaycanlılar yaşayan kənddə QANLI İNSİDENT: Yaralı var
Bizi izləyin

Cənubi Qafqaz

Azərbaycanlılar yaşayan kənddə QANLI İNSİDENT: Yaralı var

Bu gün axşam saatlarında Laqodexi bələdiyyəsinin Qabal kəndində qanlı insident yaşanıb.

Publika.az Gürüstan mətbuatına istinadla xəbər verir ki, hadisə zamanı bir gəncə soyuq silahla xəsarətlər yetirilib.

Yerli sakinlərin sözlərinə görə, insidentdən öncə bir neçə gənc arasında mübahisə baş verib.

Qarın nahiyəsindən yaralanan şəxs xəstəxanaya çatdırılıb. O, əməliyyat olunub, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Hazırda operativ əməliyyat-axtarış və ehtimal olunan cinayətkarın müəyyən edilməsi və saxlanılması üzrə tədbirlər həyata keçirilir.

Yayılan məlumatlara əsasən, bıçaqlanan şəxs kəndin mərkəzində yerləşən kafelərdən birinin sahibinin oğludur. Onun masa arxasında qonaqla mübahisə etdiyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm