Cənubi Qafqaz
Paşinyan çəkiclə gəldi, Sarkisyan müharibə anonsu verdi
Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanı ölkəni vətəndaş müharibəsinə sürükləməkdə ittiham edib.
Publika.az Axar.az-a istinadla xəbər verir ki, öz tərəfdarları qarşısında çıxışında Sarkisyan Paşinyanı provokasiyada günahlandırıb.
“Bu adam (Nikol Paşinyan – red.) açıq şəkildə deyir ki, əgər 60 faiz səs toplamasam, problem yaranacaq. O, nə istəyir, onu da edir. Siz görürsünüz onun əlində nə var”, - Sarkisyan Paşinyanın əlində çəkiclə çıxış etməsinə işarə edərək deyib.
Sarkisyanın sözlərinə görə, bu çəkicin kim üçün olduğunu müəyyən etmək lazımdır:
“Hər şeyi gördük – müharibədə məğlubiyyəti, minlərlə gəncin ölümünü. Nə qaldı? Yalnız vətəndaş müharibəsi. Qoy bunu da göstərsin”.
Qeyd edək ki, Ermənistanda 20 iyuna təyin edilən seçkilərlə bağlı təbliğat qarşıdurmalar, təhqirlər və ağır ittihamlarla müşayiət olunur.
-
Nida Xəbər 16:44Türkiyə-Azərbaycan qardaşlığını heç kim zədələyə bilməz - Dövlət Baxçalı
-
İdman16:28Dünyanın ən gözəl futbolçusu fərqli stildə FOTOLAR paylaşdı
-
Region15:58Ruslar axın edir: İrəvanda mənzillərin kirayə qiyməti fantastik həddə yüksəldi
-
ABŞ15:52Trampın yeni səfirinin görünüşü hər kəsi heyrətləndirdi: Hansı planetdəndir? - FOTO
-
Nida Xəbər 14:16Hakan Fidan Azərbaycana gəlir - Ərdoğanı təmsil edəcək
-
Nida Xəbər 12:18Kartdan karta köçürülmələrdə komissiya tutulacaq
-
Dünya12:12Andrey Sbiqa müraciət yaydı: Rusiyanın Azərbaycan vətəndaşlarını öldürməsi...
-
Rəsmi xronika10:33Prezident sərgi iştirakçılarına müraciət etdi






































