Cənubi Qafqaz
Ərdoğan Qaribaşvili ilə üçtərəfli əməkdaşlıqdan danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Gürcüstanın Baş naziri İraki Qaribaşvili arasında telefon danışığı olub.
Publika.az xəbər verir ki, danışıqlarda Türkiyə-Gürcüstan münasibətləri, regional məsələlər diqqət mərkəzində olub. İraki Qaribaşvili Türkiyədəki meşə yanğınlarından təəssüfləndiyini bildirib. Ərdoğan isə öz növbəsində yanğına qarşı mübarizədə dəstəyə görə Qaribaşviliyə təşəkkür edib.
Türkiyə-Gürcüstan strateji tərəfdaşlığının bu günlərdə daha da genişləndiyini qeyd edən Ərdoğan Gürcüstanı regional əməkdaşlığın açarı olaraq gördüyünü vurğulayıb.
Regional nəqliyyat, elektrik xətlərinin səmərəliliyini və təhlükəsizliyini təmin etmək üçün birgə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayan Ərdoğan nazirlər və deputatlar tərəfindən uğurla həyata keçirilən Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli mexanizmini liderlər səviyyəsində də canlandırmaq arzusunu ifadə edib.
Qeyd edək ki, Gürcüstanın baş naziri İrakli Qaribaşvili parlamentdə Xarici əlaqələr üzrə Komitənin sədri Nikoloz Samxaradzenin strateji tərəfdaşlarla münasibətlərə dair suallarını cavablandırarkən deyib ki, Türkiyə Gürcüstanın strateji tərəfdaşı və bir nömrəli ticarət tərəfdaşıdır.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iqtisadi-ticari əlqələrin daha da inkişaf etdirilməsinə hazırlıq ifadə olunub. Bu əlaqələrdə müsbət dinamika müşahidə edilir. Biz Türkiyə ilə ticarət dövriyyəsinin həcmini 3 milyard ABŞ dolları səviyyəsinə yüksəltmək istəyirik və bu yaxın illər üçün bizim vəzifələrimizdən biri olmalıdır. Bununla yanaşı, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli format çərçivəsində də müzakirələr aparırıq", - o, deyib.
İ.Qaribaşvili bu il Gürcüstan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısının keçirilməsinin planlaşdırıldığını qeyd edib.
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi
-
Sosial15 Aprel 17:23Əli Əsədov yeni qərar imzaladı
-
Rəsmi xronika15 Aprel 16:29İlham Əliyev uşaqlarla bağlı qanun imzaladı














.jpg)






















