Saakaşvilidən sərt etiraz: tələbi yerinə yetirildi
Bizi izləyin

Cənubi Qafqaz

Saakaşvilidən sərt etiraz: tələbi yerinə yetirildi

"Mixeil Saakaşvilinin sərt etirazından sonra Penitensiar Xidmət geri çəkildi və Saakaşvili hazırda müalicəsini davam etdirir".

Publika.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu sözləri Mixeil Saakaşvilinin vəkili Dmitri Sacaqlişvili, onunla görüşdükdən sonra deyib.

Onun sözlərinə görə, dünən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin palatasında olan televizor söndürülüb. O, tibbi xidmətdən imtina edəcəyini bildirdikdən sonra televizor yenidən bərpa edilib:

"Penitensiar müəssisənin rəsmiləri Saakaşviliyə həbsxanada tibbi ləvazimatı sındırdığına görə onun ziyarətçiləri qəbul edə bilməyəcəyi və televizordan istifadə hüququnun məhdudlaşdırıldığını bildiriblər. Təbii ki, Mixeil Saakaşvilinin buna çox sərt reaksiyası olub və onlar bundan sonra palatanı tərk ediblər. Palatadan çıxdıqdan təxminən saat yarım sonra sabiq prezidentin televizoru söndürülüb, buna görə də dünən Mixeil Saakaşvilinin çox sərt və ədalətli etirazı oldu və bundan sonra onun televizoru bərpa olunub. Əslində, penitensiar xidmətin Saakaşvilinin sərt etirazından sonra geri çəkildiyini gördük".

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm