Cənubi Qafqaz
Ermənilərin öhdəlik qorxusu: masada İrəvanın taleyi həll olunur - VİDEO
09:06
“Ermənistan və Azərbaycanın sülh sazişində nələr irəli sürdüyü, hansı şərtlərin olduğu haqda dəqiq məlumat yoxdur. Əliyevin və Paşinyanın açıqlamalarına istinadən deyə bilərik ki, Azərbaycan öz tələblərini irəli sürür, Ermənistan qəbul edir”.
Publika.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Nəşr qeyd edir ki, Qarabağ müharibəsindəki təcrübə Ermənistanın üzərinə gözlənilməz öhdəliklərin qoyula biləcəyini deməyə əsas verir.
“2020-ci ildə müharibə başlayana qədər Paşinyan Bakı-İrəvan danışıqları haqqında “nə lazımdırsa, onu edirik” deyirdi. Nəticədə müharibə oldu. 10 noyabr bəyanatının imzalanmasını gördük. Erməni cəmiyyəti baş nazirin nəyə imza atdığını sona qədər bilmədi.
Yalnız bəzən gözlənilməz öhdəliklər üzə çıxdı. Qarabağ məsələsi bitdi, indi Ermənistan qurbangahdadır. Lakin problem təkcə sərhəddəki çətinliklə, Tavuş (Qazaxın 7 kəndi-red), Qeqarkunik, Sünik (Zəngəzur-red) və digər bölgələrlə bağlı deyil, artıq paytaxt İrəvan da risk altındadır”, - nəşr iddia edir.
Asif
-
Sosial21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı








.jpg)

























