Cənubi Qafqaz
Nikol qapalı görüşdə Əliyevlə nə danışdıqlarını açıqladı - İrəvan müharibəyə hazırlaşır
10:35
Ermənistanın baş naziri Nikol Paşinyan hakim partiyanın deputatları ilə qapalı görüş keçirib.
Publika.az xəbər verir ki, 3 saat davam edən görüşdə Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə Münxendə aparılan danışıqların detallarından bəhs edib.
“Joxovurd” qəzeti yazır ki, Paşinyan komanda yoldaşlarına danışıqlar prosesində irəliləyiş olmadığını deyib.
“Baş nazir eyham vurub ki, Münxendə sıradan görüş keçirildi və heç bir mühüm razılaşma əldə olunmadı”, - nəşr yazır.
Nikol Paşinyan Münxen görüşünü konstruktiv adlandırmışdı. Görüşdə tərəflər XİN rəhbərlərinə sülh sazişi üzrə danışıqların davam etdirilməsi tapşırığının verilməsinə razılaşıb. Bu razılaşmaya uyğun olaraq, nazirlər 28-29 fevral tarixində Berlində görüşəcək. Lakin Nikol Paşinyanın Münxen görüşündən sonra sülh sazişində maraqlı olmadığını, prosesi dalana dirəməyə çalışdığı müşahidə edilir.
Xüsusilə onun Münxendən sonra səfər etdiyi Parisdə səsləndirdiyi fikirlər bunu təsdiq edir. “Frans24” kanalına müsahibə verən erməni baş nazirin “Azərbaycan Ermənistana yeni hücuma hazırlaşır” iddiası isə İrəvanın bölgədə yeni təxribatlara hazırlaşmasından xəbər verir. Göründüyü kimi, rəsmi İrəvan üçün Münxen razılaşması əhəmiyyətli deyil. Bu kontekstdə Paşinyanın komanda yoldaşlarına Münxendə heç bir razılaşmanın əldə edilmədiyini bildirməsi təsadüfi deyil.
Asif
-
Hadisə21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı
-
Rəsmi xronika14:37İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - YENİLƏNDİ











.webp)









.jpg)














