Cənubi Qafqaz
Bakıya bunu verməsək, müharibə olacaq - Babayandan Paşinyana şok çağırış
12:25
“Paşinyanın “sülh qovşağı” layihəsi regional müharibəyə aparır”.
Publika.az xəbər verir ki, bu barədə Qarabağdan İrəvana qaçan separatçı Samvel Babayan deyib.
Babayan Ermənistanın müharibədən qaçması və regional layihələrdə iştirak etməsinin iki yolunun olduğunu qeyd edib: “Birinci variant Azərbaycanın Naxçıvana çıxışı üçün Mehridən magistral yolun verilməsidir (Zəngəzur dəhlizi), amma bu yolda Ermənistanın suverenliyi qorunmalıdır. Belə bir variantda İrəvanın İranla problemləri olacaq. Lakin reallıqları nəzərə almalıyıq.
Azərbaycan Horadizə qədər yol çəkib, Türkiyə bu il Naxçıvan körpüsünə qədər dəmir yolunun inşasına başlayacaq. Belə olan halda Ermənistan ortada qalır. Ermənistan hakimiyyəti deyir ki, Mehridən yol verməyəcəyik, bu müzakirəyə qapalıdır. Bu, heç nəyi dəyişdirmir. Hərçənd, Azərbaycan regionda həm Ermənistanı, həm Türkiyəni, həm də Mərkəzi Asiyanı birləşdirən logistika yollarını təklif edir. Mərkəzi Asiyadan Qərbə uzanan bu yolu ABŞ və Avropa da dəstəkləyir”.
Babayan ikinci variantın Mehridən yolun verilməsindən imtina etmək olduğunu qeyd edir.
“Bu halda ordunu gücləndirməli, İran və Rusiya ilə əməkdaşlığı dərinləşdirməliyik. Üçüncü variant yoxdur. Üçüncüsü “sülh qovşağı” layihəsidirsə, bu, sülhə yox, müharibəyə aparır”, - o bildirib.
Asif
-
Rəsmi xronika16:44İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi
-
Sosial14:54Zeynəb Xanlarova əməliyyat olundu
-
Hadisə13:20Masazırda dəhşətli qəza: Ölən və xəsarət alanlar var - YENİLƏNDİ/VİDEO
-
Magazin212:36Ciqan xidmətçiləri girov götürdü, öz mühafizəçisini yaraladı
-
Rəsmi xronika12:30İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etdi
-
Hadisə11:42Bakıda avtobus qəzaları - GÖRÜNTÜLƏR
-
İqtisadi gündəm10:38Qara metallurgiyada dəmir yolu yükdaşıma tariflərinə güzəşt ediləcək
-
Rəsmi xronika10:13Prezident sərəncam imzaladı









































