Cənubi Qafqaz
Ağrı dağından sonra növbədə Göyçədir - İrəvanda şok effekti yaradan qərar
Ermənistan hökumətinin noyabrın 1-dən etibarən sərhəd-keçid möhürlərindən Ağrı dağın təsvirini çıxarmaq barədə qəbul etdiyi qərar erməni ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Müxalif qüvvələri Paşinyan hakimiyyətini Ermənistanın maraqlarını Azərbaycan və Türkiyəyə “satmaqda” ittiham edirlər.
Publika.az xəbər verir ki, bu müzakirələrdə “Sputnik Ermənistanın” köşə yazarı Sergey Bablumyanın “Ararat (Ağrı) hissi” itəndə: dağın arxasınca Sevandan (Göyçədən) imtina gələcəkmi?” sərlövhəli məqaləsi diqqət çəkir.
Bablumyan iddia edir ki, hökumət Ermənistanın daxili siyasəti ilə bağlı qərarlar qəbul edərkən, Bakı və Ankaranın tələblərini nəzərə alır: “Rəsmi İrəvan artıq ermənilər üçün vacib olan atributlardan üz döndərməyə başlayıb. Araratla bağlı qərar bu ilin 11 sentyabrında – Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıçın İrəvana gəlməsindən bir-iki gün əvvəl verilib. Bu, Türkiyəyə edilən hədiyyədir. Aydındır ki, hökumətin qərarı hər şeyi bir gecədə yaddaşdan silə bilməyəcək, lakin bu, zaman məsələdir. Bundan sonra ermənilərə Araratı Ağrı dağ adlandırmaq öyrədilsə, gələcək nəsil üçün bu, adi toponimə çevriləcək”.
Erməni yazar Paşinyanın ordunu da ixtisar etməsinə diqqət çəkir.
“Araratdan sonra növbə Sevana, Azərbaycanın təbirincə desək, Göyçəyə çatacaq”, - o bildirib.
Asif
-
Magazin106:16"O içkiyə görə çox kökəldim” - Çingiz Əhmədov
-
Sağlamlıq05:45Dietoloq almanın əsl faydalarını açıqladı
-
Sosial02:12Dərsə getmək üçün hər gün kilometrlərlə yol yeriyirlər - VİDEO
-
ABŞ01:41Pentaqon rəhbərindən mərc edənlərə sərt xəbərdarlıq
-
Magazin201:11“Yadplanetli” və “Ən yaxşı atıcı” filmlərinin aktyoru vəfat etdi
-
Magazin100:50Firuzə İbadovanın xəstəliyi açıqlandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Əks halda zərərə düşə bilərsiniz
-
Hadisə22 Oktyabr 23:48Neftçalada üç yaşlı uşaq faciəli şəkildə öldü













.png)





















