Cənubi Qafqaz
Erməni deputat “Bakıda hər şeyi bilirlər” deyib hərbi sirri yaydı - Detallar
Ermənistanın hakim partiyası daxilində qarşıdurma yaranıb.
Publika.az xəbər verir ki, “Vətəndaş müqaviləsi”nin deputatı Hayk Sarkisyan Müdafiə Nazirliyini, o cümlədən, nazir Suren Papikyanı sərt tənqid edib.
Erməni deputat bildirib ki, orduda elementar gigiyena standartlarına əməl edilmir: “Əsgərlər həftədə bir dəfə hamamdan istifadə edə bilirlər”.
Hayk Sarkisyan hərbi sirr hesab olunan məlumatı da açıqlayıb. Bildirib ki, son 10 ildə orduda çağırışçıların sayı 44 mindən 14 minə düşüb. Jurnalistlər bu cür məlumatların açıqlanmasının yolverilməz olduğunu desə də, erməni deputat “onsuz da düşmən Ermənistan ordusu haqqında hər şeyi bilir” deyə cavab verib.
“44 günlük müharibə zamanı Azərbaycanın Ermənistan bölmələrinin və komandanlığının hər bir hərəkətini, təchizat yollarını və yerləşməsini bilməsi faktı ortadadır. Bakıda hər şeyi bilirlər”, - o deyib.
Qeyd edək ki, Hayk Sarkisyanın adı növbəti parlament seçkilərində partiyanın seçki siyahısından çıxarılıb. Bundan sonra onun hakim komandaya qarşı ittihamları güclənib.
Asif
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













