Cənubi Qafqaz
Paşinyan gördüklərindən danışdı: Ermənilər Azərbaycanla sülhə necə baxır?
“Ermənistana sülhün gəldiyi özünü gözlədiyimdən daha güclü şəkildə göstərir. Bunu İrəvanda və bölgələrdə vətəndaşlarla görüşlər zamanı hiss edirəm”.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Erməni baş nazir bildirib ki, vətəndaşlar sülh şəraitində psixoloji və mənəvi rahatlıq hiss etdiklərini deyirlər: “Çünki ölkədə sülh hökm sürr. Həmişə yaşadığımız əsəbilik, gərginlik və narahatlıq əvəzinə indi rahatlıq hiss edirik. Düşünürəm ki, vətəndaşlar da tibbi sığorta sisteminin, pensiya artımlarının və digər üstünlüklərin dolayısı ilə olsa da, sülhlə əlaqəli olduğunu anlayırlar”.
Paşinyan qeyd edib ki, sülhə inam olmasaydı və hakimiyyətin yeni eskalasiya gözləntiləri olsaydı, sosial sektora bu qədər pul ayrılmazdı.
“Sülh iqtisadi artım üçün imkanlar yaradıb. Vətəndaşlar sülhü gözlədiyimizdən daha güclü şəkildə hiss edirlər”, - o bildirib.
Asif
-
Nida Xəbər 16:48Leyla Əliyeva Səmərqənddə sərgi və memorial komplekslə tanış oldu - FOTO
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
























.jpg)













