Cənubi Qafqaz
Köçəryanla danışan Putin kəşfiyyata təcili əmr verdi - Ermənistanda sensasion plan
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan podkastda çıxışı zamanı Rusiya prezidenti Vladimir Putinlə telefon söhbəti etdiyini deyib.
Publika.az xəbər verir ki, Köçəryan Putinlə söhbətinin detallarını açıqlamasa da, Ermənistan mediası müəyyən məlumatlar öyrənə bilib.
“Hraparak” nəşrinin əldə etdiyi məlumata görə, söhbət zamanı Köçəryan siyasi fəaliyyətlərindəki uğursuzluqlarının məsuliyyətini başqalarının üzərinə atmağa çalışıb: “Köçəryan bildirib ki, Serj Sarkisyan ona hücum etməsəydi və Samvel Karapetyan meydana çıxmasaydı, uğurlara nail ola bilərdi. Daha sonra o, yeni yaradılmış “Güclü Ermənistan” partiyasının səhvlərə yol verdiyini, bütün müxalifətin bundan əziyyət çəkdiyini və buna görə seçkidə qalib gəlməyin çətin olacağını deyib”.
Nəşr qeyd edib ki, Köçəryan Putindən Viktor Soqomonyanın Rusiya Erməniləri İttifaqının sədri təyin edilməsini də xahiş edib: “Bunu belə əsaslandırıb ki, Ara Abramyan Karapetyana qarşı mənfi münasibət bəsləyir, buna görə də seçki prosesində müxalifətə maneələr yarada bilər. O, Soqomonyanın “Güclü Ermənistan”ın mümkün qədər çox səs toplaması üçün əlindən gələni edəcəyinə əmin olduğunu bildirib”.
Məlumata görə, Köçəryanın xahişindən sonra Putin telefonu yerə qoymadan xüsusi xidmət orqanlarına Viktor Soqomonyanın yoxlanılması tapşırığını verib və bildirib ki, son qərarın nəticəsi yoxlanışdan asılı olacaq.
“Mənbələrimiz bildirir ki, Ara Abramyan artıq Putinlə təmas qurmağa vasitəçi tapa bilmir və Rusiya Erməniləri İttifaqını itirdiyi ilə barışıb. Lakin Rusiyada bu cür proseslərin uzun çəkdiyini nəzərə alaraq, seçkilərə qədər toxunulmayacağını düşünür. Əgər Paşinyan seçkilərdə qalib gələrsə, vəziyyət dəyişəcək və onu (Abramyanı-red) unudacaqlar. Əvəzində erməni iş adamlarının əmlakının ələ keçirilməsi, Ermənistanla Rusiya arasında ticarət dövriyyəsinin dayandırılması kimi ciddi məsələlər gündəmdə olacaq”, - nəşr yazır.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













