Cənubi Qafqaz
Avropa anti-Azərbaycan missiyasından sonra İrəvana nə göndərir? - Detallar
Avropa İttifaqı Ermənistana anti-Azərbaycan missiyasından sonra anti-Rusiya missiyası göndərir.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Benjamin Matevosyan Aİ-nin Ermənistana mülki missiya göndərmək qərarını şərh edərkən deyib.
Matevosyan iddia edir ki, yeni qrup Ermənistan-Azərbaycan sərhədini izləyən missiyanı əvəz edəcək: “Tezliklə Ermənistana gələcəyi deyilən yeni qrupun iki illik mandatı olacaq və mahiyyət etibarilə Ermənistan-Azərbaycan sərhədini izləyən qrupu əvəz etmək üçün nəzərə tutulub. Azərbaycanın tələblərindən biri sərhəddə üçüncü qüvvələrin olmaması idi. Burada söhbət Aİ missiyasından gedir. Məntiqi nəticə belədir ki, Paşinyan bu tələbi yerinə yetirib və sərhəddəki missiyanı çıxarır, əvəzində anti-Rusiya missiyasını qəbul edir. Avropanın “hibrid hücumlarla mübarizə” barədə bəyanatı da Rusiyaya yönəlib”.
Erməni politoloq hesab edir ki, Ermənistan Rusiya və Avropanın toqquşma poliqonuna çevrilir.
“Avropa Siyasi Birliyinin sammiti İrəvanda keçiriləcək. Bu, seçki kampaniyası baxımından Paşinyanın komandasına sərf edir, lakin Ermənistan üçün dağıdıcı nəticələrə səbəb ola bilər. Çünki Rusiya və Avropa arasında birbaşa toqquşma riski artır. Misal üçün, 14 apreldə Dövlət Duması xaricdəki Rusiya vətəndaşlarını qorumaq üçün Silahlı Qüvvələrdən istifadəyə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul etdi. Qanun layihəsinin müəllifləri nümunə kimi ABŞ qanunvericiliyini göstərirlər. Həmçinin, 2023-cü ildə rusiyalı xokkeyçi Maksim Sergeyevin Polşada casusluq ittihamı ilə həbs olunmasını qanunun qəbuluna zərurət yaradan nümunələrdən biri kimi təqdim ediblər. Bu, Rusiya və Avropa İttifaqı arasında qarşıdurmanı şiddətləndirir və Ermənistan ən təhlükəli anda Avropaya qoşulmaq qərarına gəlib”, - o vurğulayıb.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













