Cənubi Qafqaz
Ermənistan Türkiyə-Gürcüstan-Azərbaycan formatına qoşula bilər - Simonyan
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş Ermənistanı Türkiyə-Gürcüstan-Azərbaycan üçtərəfli formatına daxil etməyi təklif edib.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan "X"də bildirib.
O, Kurtulmuşla görüşünün yekunlarına dair paylaşımında qeyd edib:
"Mən İstanbulda Parlamentlərarası İttifaqın 152-ci Assambleyası çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşla söhbət etdim. Mən həmkarımın Gürcüstan parlamentinin sədri ilə görüşü zamanı səsləndirdiyi, regionumuzda sülh, sabitlik və rifahın təşviqinə doğru bir addım olaraq Ermənistanın Türkiyə–Gürcüstan–Azərbaycan formatına daxil edilməsi barədə son təklifini alqışladım. Biz həmçinin bu təşəbbüsün irəlilədilməsi ilə bağlı sonrakı detalları müzakirə etdik".
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













