Cənubi Qafqaz
Yanacağın qiyməti artdı, məntəqələr bağlandı - İran müharibəsi Ermənistanı “vurdu”
Ermənistan mayeləşdirilmiş təbii qazın (LNG) kəskin çatışmazlığı ilə üzləşir. Bəzi yanacaqdoldurma məntəqələri ya bağlıdır, ya da məhdud miqdarda yanacağı baha qiymətə satır. Cəmi bir həftə əvvəl LNG-nin orta qiyməti bir litr üçün 190 dram idisə, bu gün Armavir və Hrazdan bölgəsində bu rəqəm 270 drama, bəzi hallarda 300 drama çatıb.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın “Nyus.am” saytı yazır.
Sayta danışan sürücülər bildirir ki, sonuncu dəfə 250 drama alıblar və artıq benzinə keçirlər.
Erməni iqtisadçı Suren Parsyan böhranın bir neçə səbəbinin olduğunu, bütün səbəblərin hazırda üst-üstə düşdüyünü bildirib.
“Ermənistan mayeləşdirilmiş təbii qaz idxalçısıdır və onu əsasən Rusiyadan alır. Son aylarda İran və İraqdan tədarük əhəmiyyətli dərəcədə dayandırılıb, bu da Rusiyadan asılılığı gücləndirib. Ötən həftə Yuxarı Lars keçid məntəqəsinin üç günlük bağlanması da daxili bazara dərhal təsir göstərib. Lakin məsələ Yuxarı Larsla da bağlı deyil. Ermənistanda mayeləşdirilmiş təbii qaz idxal edən 100-dən çox şirkətdən yalnız bir neçəsinin öz anbarı var. Hazırda qiymətləri diktə edənlər məhz onlardır. Digərləri isə heç bir inventar olmadan fəaliyyət göstərir və hazırda satmağa məhsulları yoxdur. Anbarları olan şirkətlər ehtiyatlarını bölüşməkdən imtina edirlər, bu da bazarda qıtlıq və təşviş yaradır”, - deyə o qeyd edib.
Parsyanın sözlərinə görə, Hörmüz boğazının bağlanmasının da təsirləri var: “Boğazın bağlanmasına görə qlobal mayeləşdirilmiş təbii qaz təchizatı çətinləşib. LNG-nin ən böyük ixracatçılarından olan Qətər daşımaları azaldır, bu da qlobal bazarda dalğalanmalara səbəb olub. Rusiya istehsalçıları da yaranmış vəziyyətdən istifadə edərək, aktiv şəkildə Asiya bazarlarına yönəlirlər və Ermənistan hazırda onlar üçün daha az cəlbedicidir”.
O bildirib ki, bazarda inhisarçılığın olması da problemi körükləyən səbəblər arasındadır.
Parsyan əlavə edib ki, Yuxarı Lars yolunun açılması gərginliyi qismən azaldacaq, lakin sistemli problemləri həll etməyəcək.
Asif
-
Hadisə23:45Azərbaycan-Ermənistan sərhədində zəlzələ oldu - Yeniləndi
-
Nəqliyyat21:39Sabahdan Bakıda bu yollar bağlanacaq
-
Region20:36Xamenei fərman imzaladı: İranda hərbi rəhbərlikdə yeni təyinatlar
-
Hadisə19:5017 yaşlı Gülnaz qardaşını xilas edərkən boğulubmuş - Foto
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi

















.jpg)

.png)
















