Cənubi Qafqaz
Bu yolu Azərbaycana kim verib? – Ermənistanın sabiq nazirləri arasında qalmaqal
Ermənistanın keçmiş müdafiə nazirləri David Tonoyan və Vaqarşak Harutyunyan arasında ərazilərin Azərbaycana verilməsi məsələsi üzərində qalmaqal baş verib.
Publika.az xəbər verir ki, Vaqarşak Arutyunyan Tonoyanı Gorus-Qafan yolunun bir hissəsinin Azərbaycana verilməsi ilə bağlı ittiham edib. İddia edib ki, yolun təhvil verilməsinin qarşısının almağa çalışıb, lakin David Tonoyan müdafiə naziri olduğu vaxt – atəşkəslə bağlı üçtərəfli bəyanat imzalananda yolun Azərbaycana verilməsi reallaşıb.
Tonoyan isə bu ittihamları qəbul etməyib. Bildirib ki, atəşkəslə bağlı razılaşma 9 noyabr (10 noyabr-red) 2020-ci ildə olub: “Lakin mən 20 noyabrdan əvvəl baş verənlərə görə məsuliyyət daşıyıram. 20 noyabrdan əvvəl belə bir qərar qəbul edilməyib. Danışıqlar davam edirdi”, - Tonoyan bildirib.
Bununla o, 20 noyabr 2020-ci ildə müdafiə naziri təyin edilən Harutyunyanı günahlandırıb.
Qeyd edək ki, Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi 2020-ci ilin dekabrında Azərbaycanın nəzarətinə keçib.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
























.jpg)













