Cənubi Qafqaz
Paşinyan Əliyevdən hansı məsələdə kömək istəyib? - Detallar
Azərbaycan və Ermənistan iş adamlarının ötən həftə keçirilən görüşü ilə bağlı müəyyən detallar ortaya çıxıb.
Publika.az xəbər verir ki, Ermənistan mediası görüşdə xüsusilə erməni məhsullarının Azərbaycan bazarına çıxarılması məsələsi üzərində dayanıldığını yazır.
“Hraparak” nəşri iddia edir ki, Aqveranda keçirilən görüşdə müzakirə edilən əsas məsələ Rusiya bazarına çıxışda problemlərlə üzləşən Ermənistan məhsullarının Azərbaycan bazarına çıxışına şəraitin yaradılması olub.
“Rusiya bazarındakı problemlərə görə Ermənistan məhsullarının satışında boşluq yaranıb. Bir sıra məhsulların ixracı dayanıb, yaxud həcmi azalıb. Gözləntilər var ki, Rusiya bazarı ilə bağlı problemlər daha da artacaq, xüsusilə Avropa Siyasi Birliyinin İrəvanda keçirilən sammiti və Ukrayna prezidenti Vladimir Zelenskinin səfərindən sonra. Paşinyan Ermənistanın iş adamları üçün yeni imkanlar yaratmaq istəyir. O, bu məsələdə Prezident İlham Əliyevdən kömək istəyib. Azərbaycan Ermənistanın həm Rusiya ilə münasibətlərinin korlanmaması, həm də ixracda yaranmış problemlərin həllinə kömək edəcək. Təbii ki, Paşinyan da bunun qarşılığında Əliyevin istədiklərini verməlidir”, - nəşr iddia edib.
Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.jpg)





.jpg)













