Cənubi Qafqaz
Kütləvi dron hücumu: İrəvana uçuşlar təxirə salındı
Rusiyadan Ermənistana həyata keçirilən 5 aviareysdə gecikmələr qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə məlumat Zvartnots Beynəlxalq Hava Limanının onlayn uçuş cədvəlində yer alıb.
Məlumata görə, gecikən reyslər Moskva və Soçi şəhərlərindən həyata keçirilən uçuşlardır. Onların arasında “FlyOne” və “Azimut” aviaşirkətlərinin Moskva-İrəvan reysləri, həmçinin Soçidən həyata keçirilən “Azimut”, “S7 Airlines” və “Aeroflot” reysləri var.
Bundan əlavə, Ermənistanın “NovAir” aviaşirkətinə məxsus Qafan-İrəvan reysi də ləğv edilib.
Məlumata əsasən, Rusiyanın bir sıra hava limanlarında - o cümlədən Moskva (Vnukovo, Şeremetyevo), Sankt-Peterburq (Pulkovo) və digər şəhərlərdə - kütləvi gecikmələr müşahidə olunur. Buna səbəb kimi pilotsuz uçuş aparatlarının hücumları və uçuşlara tətbiq edilən müvəqqəti məhdudiyyətlər göstərilir.
Hazırda Rusiya hava limanlarında ümumilikdə 100-dən çox reysdə gecikmə qeydə alınıb. Sərnişinlərə uçuş statusunu əvvəlcədən yoxlamaq tövsiyə olunur.
Qaydalarına əsasən, reys 30 dəqiqədən çox gecikərsə sərnişinlər məcburi bilet qaytarma hüququ əldə edir. 5 saatdan artıq gecikmə hallarında isə aviaşirkətlər sərnişinlərə yemək və hotel təmin etməlidirlər.
Müəllif: Publika.az
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir


















.jpg)





.jpg)













