Cənubi Qafqaz
Ermənistan Rusiyadan "boşanma"nı RƏDD ETDİ
Ermənistanın Rusiyadan ayrılmaq planı yoxdur və uşaqları paylaşmaq da planlaşdırılmır.
Publika.az xəbər verir ki, bu fikirləri respublika parlamentinin sədri Alen Simonyan 24news.am nəşrinin "YouTube" kanalına şərhində bildirib.
Siyasətçi qeyd edib ki, ölkəsi Rusiya Federasiyası ilə münasibətləri kəsmək məqsədi güdmür.
Onun sözlərinə görə, Moskva və İrəvan arasında yaranan mübahisələr tərəflərin qarşılıqlı mövqe mübadiləsi apardığı adi siyasi dialoqun bir hissəsidir. Simonyan vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvü olaraq qalır və bu təşkilatdan çıxmaq barədə heç bir müzakirə aparılmır.
Mayın 9-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avropa İttifaqına qoşulmaq planlarının xüsusi nəzərdən keçirilməsinə ehtiyac olduğunu bəyan edib. Rusiya lideri bu məsələ ilə bağlı respublikada referendumun keçirilməsini təklif edib. O qeyd edib ki, əgər erməni xalqı bu təşəbbüsə səs verərsə, Rusiya mülayim, sivil və qarşılıqlı faydalı bir ayrılıq yolu ilə gedə bilər.
Buna cavab olaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, respublika lazımi vaxtda Avropa İttifaqı və ya Avrasiya İqtisadi İttifaqı arasında seçimini edəcək. Nazir qeyd edib ki, hazırda Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür, lakin ölkə xalqının Avropaya meyil etməsi heç kimə sirr deyil.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













