Cənubi Qafqaz
Paşinyanı “xain” adlandıran bloger saxlanıldı
Yerevanda polis əməkdaşları Baş nazir Nikol Paşinyanı açıq şəkildə "xain" adlandıran şəxsi saxlayıblar.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə hökumət başçısının iyun ayında keçiriləcək parlament seçkiləri öncəsi təşviqat kampaniyası apardığı Şenqavit inzibati rayonunda baş verib.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs nifrət, ayrı-seçkilik, dözümsüzlük və ya düşmənçilik yaratmağa yönəlmiş kütləvi çıxışlar etmək şübhəsi ilə rayon polis idarəsinə aparılıb. Həmçinin bu növ əməllərlə bağlı materialların yayılması ehtimalı da araşdırılır.
Bundan əvvəl sosial şəbəkələrin Ermənistan seqmentində həmin şəxsin evinin yaxınlığında saxlanılmasını əks etdirən videogörüntülər yayılmışdı. Kadrlarda polislərin onun qollarına qandal taxaraq xidməti avtomobillə apardıqları görünür. Sonradan məlum olub ki, saxlanılan şəxs bloqer Artak Avetisyan dır.
Ermənistanda parlament seçkiləri ərəfəsində hüquq-mühafizə orqanlarının kütləvi siyasi bəyanatlara və aksiyalara qarşı nəzarəti güclənib, daxili siyasi vəziyyət isə mövcud hakimiyyətin tərəfdarları ilə əleyhdarları arasındakı aktiv mübahisələrlə müşayiət olunur.
Hüseyn İbadlı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













