Cənubi Qafqaz
Paşinyanın qəribə davranışı gündəm oldu - VİDEO
Ermənistanın baş naziri Nikol Paşinyanın seçki kampaniyası zamanı qalmaqal baş verib.
Publika.az xəbər verir ki, Paşinyanın İrəvanın Ərəbkir rayonunda seçicilərlə görüşü zamanı Artur Osipyan adlı şəxslə mübahisə edib.
Tənqidlərə cavab verən baş nazir səsini ucaldıb. O, ittihamlara və qınaqlara aqressiv cavab verib, meqafon vasitəsilə bəyan edib ki, “Qarabağ psevdoelitaları” asmaq lazımdır.
Paşinyan açıq şəkildə Qarabağdan (qondarma artsax) olan kişilərin müharibədə niyə sağ qaldığını soruşub və köçkünləri “qaçanlar” adlandırıb:
"Ay qaçıb aradan çıxanlar, sizin ümumiyyətlə burada nə işiniz var. Bunlar kimlərdir axı, gəlib indi mənə barmaq silkələyir. Qarabağın yalançı elitası, hamınız rədd olun buradan. Buna bax, deyir ki, Artur Osipyanam (2023-cü ildən öncə Qarabağda məskunlaşmış erməni, o zaman Qarabağda Paşinyanı dəstəkləyən şəxs olub), başınızı vurun divara, gedib övladlarımızın yerinə siz həlak olardınız da.
Talançı heyvanlar. Siz Qarabağ xalqını da girov götürmüşdünüz. İndi gəlib Qarabağ məsələsini qaldırırsınız. Əgər belə Qarabağ məsələsi qaldıransınızsa onda gedib həlak olardınız da. Niyə sağsınız?! Ay alçaq, indi də gəlib mənimlə 5 min nəfər qurban barədə danışırsan, nə üçün sağsan".
“Qarabağ askenti ilə danışanların maskasını çıxaracağam. Robun, Serjin, Qaqonun, Kaluqanın balaları, maskanızı çıxaracam, lazımi yerlərinizi tapdalayacam”, - Paşinyan Robert Köçəryanı, Serj Sarkisyanı, Qaqik Tsarukyanı və Samvel Karapetyanı nəzərdə tutaraq bildirib.
Erməni baş nazir sözlərinə belə davam edib: “Əgər sən Robsansa, Robu və Kaluqanı yıxacağam. Robu həbsə atacağam, öldürəcəym. Maska taxan, Qarabağ ləhcəsi ilə danışan qaçqındırlar. Onlar müharibədən qaçıblar, uşaqlarımızı atıblar”.
Paşinyan kameraya üz tutaraq, revanşistləri hədələməyə davam edib:
"Bəs indi Şahramanyan nə üçün sağdır? Kim sizi qoruyub saxlayır? Qarabağın yalançı elitasından heç kim indi deməsin ki, bəs Qarabağ məsələsi filan... İndi Ermənistanda Qarabağın Milli Məclisi var, Ermənistanda isə Qarabağ hökuməti var. Hamısını kökündən təmizləyəcəm. Vaxtında mübarizə aparardınız ay qaçıb aradan çıxanlar, indi mübarizə aparmaq vaxtı deyil. İndi gəlib burada mənə barmaq silkələməyə cəsarət etməyin!
Robi (R.Köçaryan), Serj (Serj Sarkisyan), Kaluqatsu (Samvel Karapetyan), Qaqonun (Qaqik Tsarukyan) rəhbərlik etdiyi Qarabağın yalançı elitasına deyirəm: sizin kökünüzü kəsəcəm. Alçaqlar, siz nə üçün sağsınız? Hələ bir də gəlib 5 min qurban deyirsiniz. Nə üçün qurban 5 min olub? Siz nə üçün o qurbanların içində deyilsiniz alçaqlar? Osipyan, sən kimsən ki, mən səni tanımalıyam?”
-
Kriminal19:10Azərbaycanda "WhatsApp" istifadəçiləri belə aldadılır - DTX xaricdən idarə olunan şəbəkə barədə xəbərdarlıq etdi
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir












.png)






.jpg)


















