Cənubi Qafqaz
Ermənistanda azərbaycanlılara qadağalar qoymaq istəyirlər - Karapetyanın planı
“Güclü Ermənistan” blokunun lideri, erməni əsilli rusiyalı milyarder Samvel Karapetyan hakimiyyətə gələcəyi təqirdə, azərbaycanlılara qadağalar qoyacaq qanunlar qəbul edəcəyini deyib.
Publika.az xəbər verir ki, Karapetyan 300 min azərbaycanlının Ermənistana qayıtmasını “təhlükə” hesab edir.
Söhbət öz yurdundan deportasiya edilmiş Qərbi azərbaycanlılardan gedir. Soydaşlarımızın evlərinə qayıdışı Azərbaycan-Ermənistan sülh prosesinin tərkib hissəsidir və gələcəkdə qayıdış məsələsi dinc şəkildə baş tuta bilər. Karapetyanın təmsil olunduğu revanşistlər isə buna qarşı çıxırlar.
O, azərbaycanlıların Ermənistanda daşınmaz əmlak və torpaq sahəsi almaq istədiklərini iddia edir. Hərçənd, bu qeyri-realdır. Azərbaycanlılar Ermənistanda hansısa daşınaz əmlak almaq yox, qovulduqları evlərinə qayıtmaq istəyirlər. Karapetyan isə belə iddia ilə seçki prosesində hakimiyyətə qarşı mənfi rəy yaratmağa çalışır.
Milyarder bildirib ki, hakimiyyətə gələcəksə, qanunvericiliyə azərbaycanlıların Ermənistanda “daşınmaz əmlak və torpaq sahəsi almasını” qadağan edən düzəlişlər əlavə etməyi planlaşdırır.
Müəllif: Asif
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir

















.webp)





.jpg)













