Cənubi Qafqaz
50 faiz seçicini küçəyə çıxaracaqlar – 7 iyundan sonra İrəvanda xaos yaşanacaq
"Gallup" Beynəlxalq Assosiasiyasının Ermənistan ofisi 7 iyunda keçiriləcək parlament seçkiləri ilə bağlı sorğu keçirib.
Publika.az xəbər verir ki, telefonla keçirilən sorğuda 1102 nəfər iştirak edib.
Respondentlərin 28,1 faizi parlament seçkilərinin mütləq ədalətli, 23,4 faizi kifayət qədər ədalətli keçiriləcəyinə, 19,1 faiz saxtakarlığın ediləcəyinə, 17 faizi isə mütləq saxtakarlığın olacağına inanır. Respondentlərin 12,3 faizi isə suala cavab verməkdə çətinlik çəkib.
Parlament seçkilərinin ədalətsiz keçiriləcəyi təqdirdə, respondentlərin 40,5 faizi mütləq şəkildə küçələrə çıxmağa hazir olduqlarını deyib. 10,8 faiz bunu etmək, 8,2 faiz etməmək ehtimalının olduğunu bildirib.
Bu, seçicilərin 50 faizindən çoxunun seçkidən sonra küçəyə çıxmağa hazır olması kimi qiymətləndirilir. 34,7 faiz isə qətiyyən küçəyə çıxmayacağını deyib. Respondentlərin 7 faizi isə suala cavab verməkdə çətinlik çəkib.
Asif
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













