Cənubi Qafqaz
İrəvanın “iki stulda əyləşmək” planı: Medvedev Paşinyana xəbərdarlıq etdi
Moskva-İrəvan xəttində davam edən qarşıdurma fonunda rusiyalı rəsmilərin Ermənistana qarşı ritorikası kəskinləşir. Xüsusilə Nikol Paşinyanın “iki stulda əyləşmək” istəyi – Avrasiya İqtisadi Birliyində yer almaqla yanaşı, Avropa İttifaqı ilə yaxınlaşmaq siyasəti Rusiyada əks-reaksiyalar doğurur.
Publika.az xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev də Ermənistan hakimiyyətinin bu siyasətini sərt şəkildə tənqid edib.
Medvedev “Max” platormasında yazıb ki, Ermənistan Aİ ilə yaxınlaşma kursunu davam etdirərsə, Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qala bilməyəcək.
Onun sözlərinə görə, İrəvanın bu siyasəti Rusiyadan qazı Avropa qiymətləri ilə almasına səbəb ola bilər.
“Bildiyimiz kimi, iki stolda oturmağa çalışmaq ağrılarla üzləşmək riski daşıyır. Görünür, Nikol ləqəbli bir kişinin yaxın gələcəkdə etməyi planlaşdırdığı şey də məhz budur. O, AİB-də iştirakın bütün üstünlüklərini qorumağa çalışarkən, öz supergücünü israrla Avropa İttifaqına sürükləyir. Ermənistan hakimiyyəti Aİ ilə yaxınlaşma kursunu davam etdirməklə yanaşı, Rusiya qazının cari qiymətlərini də saxlamağa çalışır. Rusiya xaricdəki tərəfdaşı üçün min kubmetrə 177.5 dollar olan cari qaz qiymətlərini saxlamağa borcludur. 2026-cı ilin may ayında Avropa qaz birjalarının qiymətləri isə min kubmetr üçün 570-590 dollar olub. Hamıya aydındır ki, əgər Avropa qaz qiymətlərinə keçsək, ölkə əhalisi bu oğlanı (Paşinyanı) qocavaq, üzünə sillə vuracaq, o da birbaşa Parisdəki sevgili dostu Makrona gedəcək”, - o bildirib.
Xatırladaq ki, Paşinyanın AİB ilə Aİ arasında seçim etmək istəməsi, eyni vaxtda “iki stulda əyləşmək” siyasəti Ermənistan daxilində də tənqid olunur. Hazırda davam edən seçki kampaniyasında isə erməni baş nazirin siyasi tərzi, verdiyi açıqlamalar da qıcıq yaradır. Tənqidçiləri Paşinyanı populizmdə ittiham edirlər.
Asif
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













