Cənubi Qafqaz
Paşinyan istefasının şərtini açıqladı
Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşların əksəriyyəti tələb edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, bu barədə "Armenpress" agentliyi məlumat yayıb.
"Əgər 700 min nəfər – yəni seçicilərin 50 faizindən çoxu – çıxıb desə ki, 'Nikol, qal', o zaman Nikol qalacaq. Yox, əgər insanlar 'Nikol, get' desə, Nikol kimdir ki, getməsin? Nikol xalqın xidmətçisidir", - deyə siyasətçi bildirib.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri 2026-cı il iyunun 7-də keçiriləcək. Seçki kampaniyasında iştirak edəcəklərini artıq rəsmən bəyan edən tərəflər arasında Nikol Paşinyanın rəhbərlik etdiyi hakim "Vətəndaş Müqaviləsi" partiyası, eks-prezident Robert Köçəryan, sabiq ombudsman Arman Tatoyan ("Birlik Qanadları" təşəbbüsü) və iyunun 18-dən həbsdə olan iş adamı Samvel Karapetyanın ideoloji lideri hesab edildiyi "Öz yolunla" hərəkatı yer alır.
Seçkilərdə həmçinin İrəvanın keçmiş meri Ayk Marutyanın "Yeni Güc" partiyası və Levon Zurabyanın rəhbərlik edəcəyi "Erməni Milli Konqresi"nin iştirakı planlaşdırılır.
Qeyd edək ki, ölkədə sonuncu növbəti parlament seçkiləri 2017-ci ildə keçirilib, daha sonra 2018 və 2021-ci illərdə növbədənkənar seçki kampaniyaları baş tutub.
Ermənistan parlamenti birpalatalıdır və beş illik müddətə seçilən 107 deputatdan ibarətdir. Hazırda parlamentdə 69 mandatla çoxluq "Vətəndaş Müqaviləsi" partiyasına məxsusdur. Müxalifət blokları olan "Ermənistan" və "Şərəfim var" isə cəmi 34 yerə sahibdirlər.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













