Cənubi Qafqaz
Mirzoyan Lavrova CAVAB VERDİ - “Başa düşmək üçün səy göstərin”
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan rusiyalı həmkarı Sergey Lavrovun Qərbin respublikanı "səhv məntiqə" cəlb etməyə çalışması ilə bağlı fikirlərinə cavab verib.
Publika.az News.am-a istinadla xəbər verir ki, Mirzoyan Ermənistanın müxtəlif ölkələrlə tərəfdaşlıq münasibətlərini dəstəklədiyini vurğulayıb.
"Bizim ABŞ və Aİ ilə strateji münasibətlərimiz heç bir halda Rusiyaya qarşı yönəlməyib. Gündəliyimiz şəffafdır və biz tərəfdaşlarımızla müxtəlif sahələrdə səmərəli əməkdaşlıq edirik", - deyə XİN rəhbəri bildirib.
Nazir qeyd edib ki, Ermənistanın Qərb tərəfdaşları ilə iqtisadi əlaqələrin gücləndirilməsi, demokratik institutların möhkəmləndirilməsi, rəqəmsallaşma və kibercinayətkarlıqla mübarizə kimi sahələrə diqqət yetirməsinin Moskvada niyə narahatlıq yaratdığını anlamaq onun üçün çətindir. O, Rusiyanın Ermənistanı daha yaxşı başa düşmək üçün səy göstərməli olduğunu istisna etməyib.
"Biz həm dünən, həm də bu gün rusiyalı tərəfdaşlarımızla sağlam və bərabərhüquqlu münasibətlər qurmağa davam edirik. Problemlər yarandıqda, onların həlli yollarını tapırıq", - deyə Mirzoyan əlavə edib.
O həmçinin bildirib ki, İrəvan 10-15 ildir davam edən ərik, şərab və araq ixracı ilə bağlı problemləri Rusiya ilə müzakirə edərək müsbət nəticə əldə etmək niyyətindədir.
Xatırladaq ki, bundan əvvəl Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının assambleyasında çıxışı zamanı Qərbin Ermənistanı Rusiyaya qarşı düşərgəyə çəkməyə çalışdığını bildirmişdi. Diplomatın fikrincə, ABŞ və Aİ Gürcüstan, Moldova və Ukraynada olduğu kimi, Rusiyanın müttəfiqlərini, ilk növbədə isə qonşularını ondan ayırmağa cəhd edir. Lavrov Ermənistanın da eyni "səhv məntiqə" sürükləndiyini qeyd etmişdi.
Hüseyn İbadlı
-
Elm və təhsil16:44Qəbul imtahanının nəticələri açıqlandı
-
Nida Xəbər 14:58AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib - Lavrov
-
Nida Xəbər 13:43Azərbaycanın döyüş təyyarələri səmaya qalxdı - FOTO
-
Nida Xəbər 12:51Baş nazir Samir Şərifovu sədr - TƏYİN ETDİ
-
Dünya12:18Biz həmişə izləyirik: “Ağıllı eynək”lərə qarşı etiraz
-
İdman12:12Mahrezin həyat yoldaşı: Ona görə boşanmalı olub - FOTOLAR
-
Region12:00Xalqın mentaliteti dəyişməlidir: Ermənistanda demoqrafik böhranın səbəbi açıqlandı
-
Rəsmi xronika11:20Prezident Braziliya səfirinin etimadnaməsini qəbul etdi



















.jpg)



















