Cənubi Qafqaz
Kərkini təhvil verməyə hazırlaşırlar... - Kənddə nələr baş verir?
Ermənistanda davam edən seçki kampaniyasında əsas müzakirə mövzularından biri Kərki kəndinin Azərbaycana qaytarılmasıdır. Müxalifət ermənilərin Tiqranaşen adlandırdığı kəndin hakimiyyət tərəfindən qaytarılacağını deyir, hakimiyyət isə bu məsələnin delimitasiya prosesinə daxil olduğunu və Başkəndi (Gədəbəyin kəndi – SSRİ dövründə ermənilərə verilərək, “anklava” çevrilib) alacaqları təqdirdə, Kərkinin də qaytarılacağını bildirir.
Publika.az xəbər verir ki, “Azadlıq radiosu”nun erməni xidməti Kərkidə baş verənləri işıqlandırıb.
Kənddəki ermənilər bildirirlər ki, onlar televizora baxmaq və ya sosial şəbəkələrdəki müzakirələri izləmək istəmirlər. Lakin eşidiblər ki, bu kənd seçki kampaniyası zamanı siyasi ticarət mövzusuna çevrilib.
Ermənilər bildirirlər ki, nə müxalifətdən, nə də hakimiyyətdən heç kim kəndə baş çəkməyib. Hətta iqtidar da, müxalifət də Vayots Dzorda (Dərələyəz) kampaniya aparsalar da, kəndin yanından “düz keçiblər”.
“Heç kim gəlmədi, kəndi təhvil verib-vermədikləri barədə bizə heç nə demədilər”, - sakinlərdən biri deyir.
Digər sakin isə hesab edir ki, hakimiyyət kəndi təhvil verəcək: “Baş nazirin dediklərindən məlum olur ki, xəritəyə baxacaqlar, bura türklərindirsə, təhvil verəcəklər. Bu olsa, biz nə edə bilərik ki?”.
Kənddəki məktəbin bağlanacağı haqda da məlumatlar var. Məktəbdə cəmi iki şagird təhsil alır. Ermənilərə tövsiyə edilir ki, qonşu Sevakanda yeni tikilən məktəbə getsinlər.
Kənd sakini Azatuhi Ovannisyan isə deyir ki, nəhayət sülh gəlməlidir.
“Mən dəfələrlə Qafanda olmuşam və görmüşəm ki, orada azərbaycanlılar dayanır, sürücülərimiz gedir, gəlir. Qardaşım dəfələrlə zəng edib ki, “azərbaycanlıların yanından keçirəm, keçib zəng edəcəm”. Nəhayət sülh gəlməlidir, ya yox?”, - o bildirib.
Asif
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













