Cənubi Qafqaz
Putinin köməkçisi elan etdi, Ermənistanla bağlı sənəd qəbul olundu: Hədəf Paşinyandır
Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin liderləri Ermənistanla bağlı bəyanat qəbul ediblər, məlumata görə, sənəd yaxın vaxtlarda dərc olunacaq.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Ermənistanın Aİİ-də gələcək iştirakı məsələsinin müzakirə olunacağını açıqlamışdı. Ermənistanın Baş naziri Nikol Paşinyanın təşkilatın mayın 29-da baş tutan iclasına qatılmayıb, həmçinin Avropa İttifaqı ilə yaxınlaşma da Moskva və İrəvan arasında gərginliyin artmasına səbəb olub.
Ermənistanın təşkilatdan ya çıxacağı, ya da kənarlaşdırıla biləcəyinə dair fikirlər səsləndirilir.
Publika.az xəbər verir ki, bu barədə Globalinfo.az-a politoloq Məhəmməd Əsədullazadə danışıb. O deyib ki, Paşinyan Avrasiya İqtisadi İttifaqının Ali Şurasının iclasında seçki kampaniyasına görə iştirak edə bilmir:
“Ermənistanla Rusiya arasında münasibətlər sistemində ciddi problemlər yaranıb. Kreml Paşinyanın seçilməməsi üçün çalışır, hətta bu ölkəyə iqtisadi sanksiyalar da tətbiq edə bilər. Hazırda Ermənistandan idxal edilən kənd təsərrüfatı mallarına qadağalar tətbiq olunur.
Rusiya Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma prosesinə cavab olaraq Aİİ-nin iclasında bu ölkənin iştirakı məsələsini qaldırdı. İttifaq daxilində ticarət güzəştli şərtlərlə həyata keçirilir. Rusiya istəyir ki, bu güzəştlər ləğv edilsin.
İrəvan isə Moskvanın orbitindən uzaqlaşmağa çalışır. Bu xüsusda iki ölkə arasında gərgin siyasi münasibətlər hökm sürür. Hesab edirəm ki, Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa, Rusiya Ermənistanla işləyəcək. Hazırda isə Rusiya çalışır ki, seçkilərdə xalqın iradəsinə təsir etsin və Paşinyana səs verilməsin. Fikrimcə, Aİİ-də Ermənistanın baş nazir səviyyəsində iştirak etməməsi Moskvanın bu ölkəyə təzyiqini artıracaq”.
-
Kriminal18:1010 milyon dövriyyəsi olan onlayn mərc şəbəkəsi ifşa olundu - Həbs edilənlər var
-
Dünya16:16İstanbulda azərbaycanlı qadın evdə ölü tapıldı: Birlikdə yaşadığı şəxs axtarılır - FOTO
-
Dünya14:22Jurnalistin sualı Baxçalını əsəbiləşdirdi: Belə cavab verdi
-
Yaxın Şərq13:46İran və Oman arasında kritik razılaşma: Hörmüz boğazında yeni marşrutlar açılır
-
Rəsmi xronika13:42İlham Əliyev fərman imzaladı
-
Rəsmi xronika11:06Litvanın Baş naziri İlham Əliyevə zəng edib
-
Dünya10:32Bu ölkədən Rusiyaya böyük hərbi dəstək: 50 min əsgər göndərir
-
Region09:27Keçmiş SEPAH komandanı bu vəzifəyə gətirildi





































