Cənubi Qafqaz
Stalinin möhürlənməmiş seyfi hərraca çıxarılır - “İçəridə hər şey ola bilər”
Gürcüstan hökuməti Tbilisidə bir vaxtlar İosif Stalinə məxsus olan təxminən 40.000 nadir fransız və yerli şərab şüşəsindən ibarət qiymətli kolleksiyanın saxlanıldığı möhürlənməmiş seyfi hərraca çıxarmağı planlaşdırır.
Publika.az "Reuters"ə istinadla xəbər verir ki, satışdan əldə edilən vəsait şərabçılıq məktəbinin yaradılmasına sərf olunacaq.
Hərracın təşkilində Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq edən "Gilauri Wines" şirkətinin sahibi İrakli Gilauri bildirib ki, bu satış Gürcüstanın dünya kolleksionerləri xəritəsindəki yerini möhkəmləndirəcək.
Kolleksiyaya vaxtilə Rusiya imperatorları III Aleksandr və II Nikolaya məxsus olan məşhur "Bordo" şərabları daxildir. 1917-ci il inqilabından sonra imperator kolleksiyası sovet hakimiyyəti tərəfindən müsadirə edilib və Stalin onun qoruyucusuna çevrilib. O, kolleksiyanı zamanla öz sevimli gürcü şərab növləri ilə zənginləşdirib.
Kolleksiyaya baxış keçirən Dallaslı kolleksioner Viktor Çen bu təcrübəni "İndiana Cons" filmlərinə bənzədib: "Bu, sanki bir mağaranı açmaq kimidir – içəridə hər şey ola bilər. Müasir dövrdə tarixi an adlandırıla biləcək hadisələr azdır, lakin bu, məhz belə bir məqam ola bilər".
Qeyd edək ki, Gürcüstan özünü şərabçılığın vətəni hesab edir. Ölkədə aparılan arxeoloji qazıntılar şərab istehsalı ənənəsinin burada səkkiz min ildir ki, fasiləsiz davam etdiyini sübut edir.
Hüseyn İbadlı
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













