Cənubi Qafqaz
Ermənistan seçkilərini bu azərbaycanlılar həll edir - Bakı və İrəvan anlaşıb?
Qərbi Azərbaycana qayıdış məsələsi Ermənistandakı seçkilərin əsas müzakirə mövzularından biridir. Müxalifət “300 min azərbaycanlının qayıdışına hazırlıq gedir” iddiası ilə hakimiyyəti ittiham edir, iqtidar isə bütün bunlara ya cavab vermir, ya da təkzib edir. Baş nazir Nikol Paşinyan bunun olmayacağını bildirdi, hərçənd, onun bu açıqlamasının seçkiyə hesablandığını düşünmək mümkündür, çünki soydaşlarımızın sülh şəraitində öz yurdlarına qayıdışı məsələsi aktuallığını itirməyib.
Publika.az xəbər verir ki, seçkilərdən sonra Azərbaycan-Ermənistan yekun sülh sazişinin imzalanması gözlənilir. Tərəflər arasında uzunmüddətli və davamlı sülh üçün açıq qalan bütün məsələlər həllini tapmalıdır. Azərbaycanlıların qovulduqları yurdlarına qayıdışı da bu məsələlərdən biridir və qayıdış haqqı beynəlxalq hüquqda öz əksini tapır.
Məsələ Ermənistanda müxalifətin iddia etdiyi formada baş verməyəcək. Azərbaycanlılar öz yurdlarına – SSRİ dövründə vətəndaşı olduqları Ermənistana sülh şəraitində qayıdacaqlar. Vaxtilə azərbaycanlıların qovulduqları kəndlərin əksəriyyətinin boş qalması da o deməkdir ki, qayıdış Ermənistandakı demoqrafik və sosial-iqtisadi problemlərin həllinə də töhfə verə bilər. Lakin bu, sülh müqaviləsinin imzalanmasından sonrakı dövrün məsələsidir. Hazırda isə soydaşlarımızın qayıdışının Ermənistan seçkilərində ittiham mövzusuna çevrilməsi müxtəlif iddiaların irəli sürülməsi ilə nəticələnib. Bunlar arasında erməni şərhçi David Mkrtçyanın iddiaları diqqət çəkir.
Mkrtçyan iddia edir ki, azərbaycanlıların qayıdışı məsələsi Bakı və İrəvan arasında qeyri-rəsmi şəkildə razılaşdırlıb.
“Bu, qeyri-rəsmi mövcud olan iki şərtdən biridir. Birinci şərt ictimaiyyətə məlumdur, söhbət Ermənistan konstitusiyasının dəyişdirilməsindən gedir, ikinci şərt isə məhz azərbaycanlıların qayıdışıdır. Seçkilərdən sonra bu şərtlər həyata keçiriləcək”, - erməni şərhçi iddia edib.
Bu iddianın da seçki prosesində hakimiyyəti ittiham etməyə hesablandığı bəllidir. Lakin Bakı və İrəvan arasında bununla bağlı müəyyən danışıqların aparıldığı və mümkün razılaşmanın olması da istisna deyil, çünki məsələ sülh prosesinin tərkib hissəsidir. Mövcud vəziyyətdə isə Ermənistandakı seçkilərin nəticələrini Qərbi azərbaycanlıların həll etdiyi görünür.
Müəllif: Asif
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?























.jpg)













