Cənubi Qafqaz
Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb?
Ermənistanda Gorus-Qafan və Qafan-Cakaten yollarının Azərbaycanın nəzarətə keçməsi məsələsi yenidən gündəmə gətirilib. Parlament seçkilərindən öncə müxalifət yenidən hakimiyyəti bu yolları Azərbaycana “təhvil verməkdə” ittiham edir.
Publika.az xəbər verir ki, “Ermənistan” blokundan deputatlığa namizəd Anna Qriqoryan İctimai Televiziyada keçirilən seçki debatında parlamentin spikeri, “Vətəndaş müqaviləsi” partiyasının namizədi Alen Simonyana “niyə bu yolları Azərbaycana təhvil verdiniz” sualını ünvanlayıb.
Simonyan bildirib ki, məsələ “təhvil vermək”dən ibarət deyil.
“Bu, yolun təslim edilməsi deyil, sərhədin müəyyən edilməsidir və bizim istəyimizdir. İnsanlara yalan danışmağa ehtiyac yoxdur”, - o bildirib.
Simonyan 300 min azərbaycanlının (Qərbi azərbaycanlılar) Ermənistana qayıtmasının da gündəmdə olmadığını deyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsindən sonra sərhədin müəyyənləşməsi nəticəsində Gorus-Qafan yolunun bir hissəsi Azərbaycanın nəzarətinə keçib.
Asif
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)









.jpg)














