Cənubi Qafqaz
Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı
Rusiya seçkilərdə Ermənistan hakimiyyətinə təzyiq məqsədilə istifadə etdiyi iqtisadi rıçaqları sərtləşdirir.
Publika.az xəbər verir ki, bu gün və sabahdan etibarən bir sıra erməni məhsullarının Rusiyaya idxalına qadağalar tətbiq olunur.
“Rosselxoznadzor”un məlumatına görə, 2 iyundan etibarən Ermənistandan təzə üzüm və çəyirdəkli meyvələrin – albalı, turş albalı, ərik, gavalı, şaftalının Rusiyaya, eləcə də Avrasiya İqtisadi Birliyinə üzv olan digər ölkələrə tədarükü məhdudlaşdırılıb. Səbəb kimi bu məhsulların sağlamlığa zərər verməsi göstərilsə də, qadağaların siyasi olduğu sirr deyil.
Eyni məhdudiyyətlər daha öncə tərəvəz, çiyələk, balıq, həmçinin, “Cermux” şərablarına və digər şərab brendlərinə də tətbiq olunmuşdu.
3 iyundan etibarən isə badımcan, kartof, quru meyvələr kimi digər məhsulların da idxalı məhdudlaşdırılacaq. Eyni məhdudiyyətlər ümumilikdə erməni məhsullarının AİB bazarına çıxışına da aiddir.
Rusiya erməni məhsullarını digər ölkələrdən idxalla əvəzləmək niyyətindədir. “Rusprodsoyuz” Assosiasiyasının İdarə Heyətinin sədr müavini Dmitri Leonov bildirib ki, Ermənistan əriklərinin yerini Türkiyə, Özbəkistan və Tacikistandan, albalıların yerinə isə Azərbaycan, Özbəkistan, Türkiyə və Moldovadan gələn tədarüklə doldurmaq istəyirlər. Bununla yanaşı, üzüm Türkiyə, Özbəkistan, Misir, Hindistan və Çindən, şaftalı və digər nektarlı meyvələr də Türkiyə, Azərbaycan, Özbəkistan və Gürcüstandan gətirilə bilər.
“Hraparak” nəşri yazır ki, artıq Rusiyada erməni miqrantların sıxışdırılması prosesinə start verilib. Rusiyada yaşayan və rəsmi dairələrlə geniş əlaqələrə malik olduğu deyilən erməni politoloq Mariam Ovsepyan nəşrə açıqlamasında deyib ki, erməni miqrantlara qarşı xüsusi əməliyyatlar keçirilməsə də, sənədlərin yoxlanılması və nəzarət gücləndirilib.
“Ermənilərin sənədləri daha diqqətlə yoxlanılır. Əmk müqaviləsi imzalandıqdan və ya qeydiyyatdan keçdikdən sonra daha ətraflı yoxlamalar aparılır. Ermənilər arasında təşviş yaşanır. Rusiya hələ heç bir praktiki tədbir görməsə də, bunun olacağı gözləntiləri var və bu, ermənilərin qorxuya salıb”, - o bildirib.
Mariam Ovsepyan baş verənləri iqtisadi müharibə kimi qiymətləndirib.
Asif
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)









.jpg)














