Cənubi Qafqaz
Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı
Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Komissiyasının prezidenti Ursula fon der Lyeyenlə telefon danışığı aparacaq.
Publika.az xəbər verir ki, bu barədə “Azadlıq radiosu” Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.
Telefon söhbətinin əsas mövzusu Rusiyanın Ermənistana tətbiq etdiyi iqtisadi məhdudiyyətlərə qarşı Avropa İttifaqının İrəvana dəstək verməsidir. Məlumata görə, Aİ məbləği dəqiq məlum olmasa da, Ermənistana maliyyə yardımı göstərməyə hazırlaşır.
Mənbələrə görə, maliyyə yardımı ilə yanaşı, Brüssel ticarət sektorunda Ermənistan üçün güzəştli şərtlər də yaratmaq niyyətindədir. Söhbət “Muxtar Ticarət Tədbirləri” (Autonomous Trade Measures – ATM) çərçivəsində Ermənistan məhsullarının Avropa bazarına gömrük rüsumları və kvotaları olmadan daxil olmasından gedir.
Güzəştlərin hansı məhsullara tətbiq ediləcəyi hələlik bəlli deyil. Lakin məlumdur ki, Avropa İttifaqı adətən böhran vəziyyətlərində iqtisadi sabitlik yaratmaq və inteqrasiyanı dərinləşdirmək üçün tərəfdaşlara dəstək məqsədilə bu vasitədən istifadə edir. 2022-ci ilin iyun ayında Ukraynaya analoji dəstək verilmişdi. Moldova 2008-ci ildən bu güzəştlərdən istifadə edir, 2014-cü ildə isə Moskva Kişinyova iqtisadi təzyiqi gücləndirəndə Aİ imtiyazları genişləndirdi. Ermənistan hökuməti əvvəlki illərdə bu güzəştlərə nail olmaq üçün Aİ ilə danışıqlar aparıb. İqtisadiyyat naziri Gevorq Papoyan 2024-cü ildə bununla bağlı “müzakirələr asan getmir” açıqlamasını vermişdi.
Lakin Avropa Komissiyası indi bu istiqamətdə addım atmağa hazırdır. Üstəlik, ticarət imtiyazları birtərəflidir. Ermənistan eyni güzəştləri Avropa mallarına tətbiq etməyə bilər. İrəvanın belə bir güzəşt etməsi Avrasiya İqtisadi Birliyindəki öhdəliklərinə də ziddir. Bu baxımdan, Aİ güzəştlərlə bağlı hansısa tələb irəli sürmür.
Aİ Ermənistan üçün ATM tətbiqini təsdiq edərsə, bu, erməni istehsalçılarının 450 milyon istehlakçının olduğu Avropa bazarına daxil olması deməkdir.
Qeyd edək ki, dünən Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla telefon söhbəti aparıb. İstisna deyil ki, Ermənistan sərhədlər bağlı olsa da, məhsullarının Avropa bazarına çıxışı üçün Türkiyənin şərait yaratmasını istəyir.
Asif
-
MDB17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...
-
Region16:22İstək kifayət deyil, qərar verməlisiniz - Paşinyandan Avropa İttifaqına çağırış
-
Nida Təhlil 16:03Məktəbli forması təkcə geyim deyil, həm də tərbiyə məsələsidir - Məhəmməd İmanlı
-
Rəsmi xronika15:22İlham Əliyev bu qanunu təsdiqlədi
-
Nida Təhlil 14:57Aygün Bayramovadan məktəbli geyimi ilə bağlı çağırış: Qərara hörmətlə yanaşmalıyıq
-
Nida Xəbər 13:02Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu - VİDEO
-
Nida Xəbər 12:20Məktəblərdə əsas məqsəd bərabərliyin qorunmasıdır - Aydın Hüseynov
-
MDB11:44Ukraynada hərəkat başladı: Zelenski vəzifəsindən kənarlaşdırılmalıdır
















.jpg)





















