Cənubi Qafqaz
Moskvadan İrəvana göndərilən məktubda nələr var? - Ermənistanda toqquşma
Ermənistanda parlament seçkiləri ərəfəsində Qərb mediası geosiyasi rəqabətin artdığına diqqət çəkir.
Publika.az xəbər verir ki, “Forbes” və “İndependent” nəşrləri Ermənistandakı seçkinin xarici oyunçuların iştirak etdiyi mübarizəyə çevrildiyini yazır.
“Forbes” yazır ki, Moskva İrəvanın Avropaya inteqrasiya istəklərindən getdikcə daha çox ehtiyatlanır. Nəşr qeyd edir ki, Rusiya Ermənistana Aİ-yə üzvlük istiqamətində irəliləyişin mümkün nəticələrini izah edən məktub göndərib: “Bu, təbii qaz, neft və xam məhsul almaq tədarükü üzrə əməkdaşlıq müqavilələrinin dayandırılması və ya ləğv edilməsinə aiddir. Ermənistanın təbii qaz istehlakının 82 faizi Rusiyadan gəlir. Buna baxmayaraq, 2020 və 2023-cü illərdə Qarabağda baş verən hadisələrdən sonra baş nazir Nikol Paşinyan xarici əlaqələri şaxələndirmək və Qərb tərəfdaşları ilə əməkdaşlığı gücləndirmək siyasətində ardıcıllığı pozmayıb. 2025-ci ilin avqustunda Azərbaycan və Ermənistan arasında Vaşinqtonda sülh sazişinin paraflanması mühüm bir mərhələ oldu. Bu, Vaşinqtonun regional proseslərdə iştirakını artırdı”.
Nəşr vurğulayır ki, Ermənistan Qərbə yaxınlaşmağa davam edərsə, ABŞ-ın enerji şirkətləri regionda yeni imkanlar əldə edə, Cənubi Qafqazı Mərkəzi Asiya ilə birləşdirən enerji infrastrukturunun və nəqliyyat marşrutlarının inkişafında iştirak edə bilərlər.
“İndipendent” nəşri də Ermənistanın Rusiya və Qərb arasında qlobal qarşıdurma meydançasına çevrildiyini yazır: “Moskvanın İrəvana subsidiyalı enerji təchizatını dayandırmaqla bağlı xəbərdarlığı təkcə Ermənistanda təsirini qorumaqdan yox, həm də Rusiyanın bir neçə xarici siyasət cəbhəsində təzyiqlə üzləşməsindən qaynaqlanır. Dörd ildən çoxdur davam edən Ukrayna müharibəsi Moskvanın diqqətini bura yönəldib, ABŞ və Avropa İttifaqı isə Rusiyanın təsir dairəsi hesab olunan bölgələrdə mövcudluğunu gücləndirir. Cənubi Qafqaz bu bölgələrdən biridir”.
Nəşr qeyd edir ki, bu vəziyyətdə Ermənistandakı seçkilər də regionda güc balansı uğrunda mübarizənin bir hissəsinə çevrilib.
Asif
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?












.jpg)









.jpg)














