Cənubi Qafqaz
Ermənistanda parlament seçkiləri başladı
Bu dəqiqələrdə Ermənistanın bütün ərazisində seçki məntəqələri açılır və seçkilərdə iştirak edən bütün siyasi qüvvələrin taleyüklü adlandırdığı parlament seçkiləri başlayır.
Publika.az xəbər verir ki, Ermənistan vətəndaşları seçki hüququndan İrəvan vaxtı ilə saat 20:00-dək istifadə edə bilərlər. Ölkə hüdudlarından kənarda səsvermə nəzərdə tutulmayıb.
Saat 12:00-dan başlayaraq, Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) hər 3 saatdan bir (bir saatlıq gecikmə ilə) seçici fəallığı barədə məlumatları dərc edəcək. Təxminən saat 23:00-da MSK-nın ən kiçik və ucqar kənd yaşayış məntəqələrinin nəticələrini elan etməyə başlayacağı gözlənilir, lakin bu nəticələr ümumi mənzərəni əks etdirə bilməz. Əvvəlki illərin təcrübəsinə əsasən, yeni parlamentdəki siyasi qüvvələrin nisbəti gecə saat 02:00-03:00 radələrində az-çox aydınlaşacaq. Məhz bu zaman seçicilərin üçdə birinin yaşadığı paytaxt İrəvan da daxil olmaqla, iri şəhərlərdən məlumatlar daxil olmağa başlayacaq. Səslərin elektron hesablanması iyunun 8-i səhər saat 08:00-da başa çatacaq.
Ermənistan parlamenti proporsional seçki sistemi ilə, yəni yalnız partiya siyahıları üzrə seçilir. Ermənistanın 9-cu çağırış Milli Məclisinə keçirilən seçkilərdə 18 siyasi qüvvə – 16 partiya və 2 blok mübarizə aparır. Partiyalar üçün parlamentə keçid həddi 4%, bloklar üçün isə 8% müəyyən edilib. Qeyd etmək lazımdır ki, yekun nəticələr hesablanarkən etibarsız və qəsdən korlanmış bülletenlər ümumi hesablama prosesindən çıxarılır və nəzərə alınmır. Partiyaların qazandığı faizlər yalnız etibarlı bülletenlərin ümumi sayı əsasında müəyyən edilir.
Hüseyn İbadlı
-
Sağlamlıq18:48Ürək üçün ən faydalı üç qida
-
Avropa17:00Süni intellektlə 120-dən çox terrorçu tapdılar
-
Kriminal16:50Yeniyetmənin anasına 12 bıçaq zərbəsi vurmasının təfərrüatları məlum oldu - YENİLƏNDİ
-
Magazin216:0368 yaşlı Şeron Stoun tədbirə elə geyimdə gəldi ki... - FOTO
-
Qarabağ 15:2424 saat ərzində elə yüksək tempdə döyüşdük ki... - XTQ giziri antiterror döyüşlərindən danışır
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı















.jpg)


















.jpg)




