Cənubi Qafqaz
Ermənistanda seçki sonrası şok qərar: Onların ölkədən çıxışına qadağa qoyuldu
Ermənistan hakimiyyəti parlament seçkiləri dövründə xaricdən ölkəyə qayıdan hərbi vəzifəli şəxslərin ölkədən çıxışını məhdudlaşdırmağa başlayıb.
Publika.az xəbər verir ki, bu barədə parlamentin müxalif “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan məlumat verib.
Onun sözlərinə görə, bu addım qeyri-etik, yolverilməz və qanunsuz xarakter daşıyır. Deputat videomüraciətində bildirib ki, Ermənistan qanunvericiliyinə əsasən, ölkədən çıxış qadağası yalnız cinayət törətmiş, istintaq altında olan və ya məhdudiyyət tətbiq edilən şəxslərə şamil oluna bilər.
Manukyan iddia edib ki, hərbi polis tələbi ilə bir çox vətəndaşa 25 günlük hərbi təlimlər bəhanəsi ilə ölkədən çıxış qadağası qoyulub. Onun fikrincə, bu cür addımlar qanuna ziddir, çünki qanun hərbi vəzifəlilərin təlimlər barədə əvvəlcədən məlumatlandırılmasını nəzərdə tutur.
Qeyd edək ki, 7 iyunda Ermənistanda keçirilən parlament seçkilərində 16 partiya və 2 seçki bloku iştirak edib. Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Mülki müqavilə” partiyası 49,81% səs toplayaraq qalib gəlib. “Güclü Ermənistan” bloku 23,29%, üçüncü yerdə isə sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku 9,94% səs əldə edib.
Akqabay
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü

















.jpg)
.jpg)



.jpg)















