Cənubi Qafqaz
Rusiya səfirliyi İrəvana çağırış etdi: Cavab gözləyirik
Rusiyanın Ermənistandakı səfirliyi Gümrüdə yerləşən “Ana Ermənistan” memorialının təhqir olunmasını “xuliqanlıq deyil, tarixi yaddaşa qarşı qəsdən hücum” kimi qiymətləndirib.
Publika.az xəbər verir ki, səfirliyin “Telegram” kanalında yayılan açıqlamada hadisəyə görə dərin narahatlıq ifadə olunub.
Bildirilib ki, memorial kompleksə qarşı həyata keçirilən hərəkətlər sadə xuliqanlıq kimi qiymətləndirilə bilməz, bu, ümumi tarixi yaddaşa və Böyük Vətən müharibəsində qələbə xatirəsinə qarşı yönəlmiş qəsdən təxribatdır.
Diplomatik nümayəndəlik Gümrü şəhər rəhbərliyi və ictimaiyyətin hadisəyə kəskin reaksiya verdiyini qeyd edərək, rəsmi İrəvandan baş verənlərin obyektiv qiymətləndirilməsini, günahkarların müəyyən edilərək məsuliyyətə cəlb olunmasını və oxşar halların qarşısının alınmasını gözlədiklərini bildirib.
Hadisə 10 iyun tarixində baş verib. Naməlum şəxslər memorial kompleksdə yerləşdirilən şəxslərin adlarının yazıldığı qızıl örtüklü hərfləri sökərək aparıblar. Daha sonra həmin hissələr ərazidəki zibil qutularında aşkar edilib. Hadisə nəticəsində daş plitələrdə zərbələrdən yaranan zədələr və deşiklər qeydə alınıb.
Gümrü Milli Heykəltəraşlıq Park-Muzeyinin direktoru Artur Gevorkyan hadisəni vandalizm aktı kimi qiymətləndirib. Onun sözlərinə görə, memorialdakı beşguşəli ulduzlar zədələnməyib, yalnız şəhər adları olan hissələrə ziyan vurulub. Gümrü bələdiyyəsi hadisəni pisləyib, polisə müraciət edib və artıq zədələnmiş hissələrin bərpasına başlanıldığını açıqlayıb.
Akqabay
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü

















.jpg)
.jpg)



.jpg)















