Cənubi Qafqaz
Ermənistanda ildırım körpünü dağıtdı - FOTO
İrəvanda ildırım vurması nəticəsində körpü uçub.
Publika.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin məlumatına istinadla "Sputnik Armenia" məlumat yayıb.
Qurumun açıqlamasında bildirilib ki, iyunun 11-də saat 19:26 radələrində İrəvan-Sevan magistral yolunda, Çarentsavan yaxınlığında ildırım düşməsi nəticəsində körpünün uçması barədə məlumat daxil olub.
Körpü paytaxtdan 35 km şimalda yerləşir. İlkin məlumatlara görə, hadisə nəticəsində üç avtomobilə ziyan dəyib. Hazırda hadisə yerində xilasedicilər və polis əməkdaşları çalışır, magistral yolda nəqliyyatın hərəkətində ciddi çətinliklər yaranıb.
Ermənistan Daxili İşlər Nazirliyi yaxın saatlarda Razdan və Sevan şəhərlərində güclü yağışların gözlənildiyi barədə xəbərdarlıq edib. İyunun 11-nə keçən gecə Gümrü şəhərinə yağan leysan və dolu nəticəsində bir neçə küçə su altında qalıb, nəqliyyatın hərəkəti dayandırılıb. Media məlumatlarına görə, bəzi yerlərdə buz qatının qalınlığı 1,5 metrə çatıb.
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü

















.jpg)
.jpg)



.jpg)















