Cənubi Qafqaz
Karapetyanın bloku nəticələrin ləğvini istəyir: MSK-ya müraciət olundu
Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri ilə bağlı müxalifət Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.
Publika.az xəbər verir ki, "Güclü Ermənistan" bloku iyunun 7-də keçirilən seçkilərin nəticələrinin etibarsız sayılmasını tələb edib.
Blokun nümayəndəsi Aram Vardevanyan jurnalistlərə açıqlamasında seçkilər zamanı və seçkiqabağı dövrdə çoxsaylı qanun pozuntularının qeydə alındığını iddia edib.
Onun sözlərinə görə, hakimiyyətin şəffaf və ədalətli seçkilər keçirilməsi ilə bağlı bəyanatları öz təsdiqini tapmayıb. Vardevanyan ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qiymətləndirmələrinin də seçki prosesində geriləməyə işarə etdiyini vurğulayıb.
Müxalifət nümayəndəsi bildirib ki, seçki kampaniyası dövründə nifrət ritorikasından və inzibati resurslardan istifadəyə dair dəfələrlə MSK-ya şikayət edilsə də, müraciətlər ya cavabsız qalıb, ya da rədd edilib. Bundan sonra məsələ ilə bağlı İnzibati Məhkəməyə müraciət olunub və məhkəmə artıq müvafiq qərarlar çıxarıb.
Vardevanyan MSK-nın aşkar edilmiş halları nəzərə alaraq səslərin yenidən sayılmasını təşkil etməli olduğunu bildirib. O, təxminən 100 min səsin nəticələrinin şübhə doğurduğunu, 16-17 min hərbçi səsinin, 17 min etibarsız bülletenin və seçki məntəqəsini dəyişmək istəyən təxminən 5 min seçicinin müraciətinin araşdırılmalı olduğunu qeyd edib.
Qeyd edək ki, ilkin nəticələrə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası səslərin 49,825 faizini toplayıb. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku 23,281 faiz, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku isə 9,934 faiz səs qazanıb.
-
İdman22:32Bu yaranın sağalması üçün vaxt lazım olacaq - Messidən kədərli paylaşım
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq

















.jpg)


















