Cənubi Qafqaz
Aİ-nin Ermənistandakı missiyası Azərbaycanla sülh prosesi ilə məşğul olmayacaq
Avropa İttifaqının (Aİ) Ermənistandakı yeni mülki missiyası ölkənin kibertəhlükəsizlik, hibrid təhdidlərə qarşı mübarizə və mülki təhlükəsizlik sahəsində dayanıqlığının gücləndirilməsinə yönələcək və Azərbaycanla Ermənistan arasında sülh prosesində iştirak etməyəcək.
Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə Aİ-nin yüksək vəzifəli nümayəndəsi bildirib.
"Ermənistanda Aİ-nin tərəfdaşlıq missiyasının rolu xüsusilə kibertəhlükəsizlik, hibrid təhdidlərdən müdafiə və mülki təhlükəsizlik sahəsində ölkənin dayanıqlığının gücləndirilməsindən ibarətdir. Bu missiyalar sülh prosesini əhatə etmir və Ermənistanın beynəlxalq münasibətləri ilə heç bir əlaqəsi yoxdur", - o qeyd edib.
Nümayəndənin sözlərinə görə, missiya Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılmasına heç bir şəkildə cəlb olunmayacaq, onun fəaliyyəti yalnız Ermənistanın özünə dəstəyə yönələcək.
Onun sözlərinə görə, Avropa İttifaqı regionda sabitliyin təmin edilməsi istiqamətində diplomatik səyləri dəstəkləməyə davam edir.
Avropa İttifaqının Xarici İşlər Nazirləri Şurası aprelin 21-də Ermənistanda yeni mülki Aİ Tərəfdaşlıq Missiyasının (EUPM Armenia) yaradılmasını təsdiq edib. Qərargahı Ermənistanda yerləşəcək yeni missiyanın mandatının müddəti iki ildir. (Report)
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)















