Cənubi Qafqaz
Ermənistanda parlament seçkilərinin nəticələri TƏSDİQLƏNDİ
Erm'nistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 14-də keçirilən növbədənkənar parlament seçkilərinin yekun nəticələrini elan edib.
Publika.az xəbər verir ki, bu barədə News.am məlumat yayıb.
Seçkilərdə əsas intriqa "Çiçəklənən Ermənistan" (BHK) partiyasının parlamentə keçib-keçməyəcəyi ilə bağlı olub. Yenidən hesablamalar nəticəsində BHK-nın səsləri 147 vahid artsa da, üç seçki məntəqəsinin nəticələri etibarsız sayıldığı üçün partiya 222 səs itirib və nəticədə 5%-lik baryeri keçə bilməyib. Bununla belə, MSK həmin üç məntəqədə yenidən səsvermə keçirilməsinə qərar verərsə, partiyanın çatışmayan səsləri toplayaraq parlamentə daxil olmaq şansı qalır.
Seçki nəticələri aşağıdakı kimidir:
| Partiya / Blok | Səs sayı | Faiz (%) |
| "Vətəndaş Müqaviləsi" partiyası | 726 818 | 49,7456% |
| "Güclü Ermənistan" bloku | 340 006 | 23,271% |
| "Ermənistan" partiyalar bloku | 144 983 | 9,9231% |
| "Çiçəklənən Ermənistan" partiyası | 58 287 | 3,9893% |
| Ermənistan Şərəf Partiyası | 30 642 | 2,0972% |
| Demokratiya, Qanun, İntizam partiyası | 25 758 | 1,7630% |
| "Yeni Güc" Reformist Partiyası | 25 523 | 1,7488% |
| "Hamıya qarşıyam" Demokrat Partiyası | 21 181 | 1,4497% |
| "Respublika" partiyası | 15 808 | 1,0819% |
| "İşıqlı Ermənistan" partiyası | 7 439 | 0,5091% |
| "Respublika naminə" Demokratlar bloku | 6 754 | 0,4623% |
| Milli Demokratik Qütb | 5 481 | 0,3751% |
| "Demokratik Birlik" partiyası | 5 269 | 0,3606% |
| "Birlik Qanadları" partiyası | 33 537 | 2,2954% |
| Ermənistan Milli Konqresi | 3 143 | 0,2151% |
| Xristian-Demokrat Partiyası | 2 671 | 0,1828% |
| Koçari Milli Dirçəliş Partiyası | 1 986 | 0,1359% |
| Reformistlər partiyası | 1 425 | 0,0975% |
Qeydə alınan uyğunsuzluqların ümumi sayı 4331 təşkil edib.
Hazırkı nəticələrə görə, əgər sözügedən üç məntəqədə təkrar səsvermə keçirilməsə, mandatlar parlamentdə belə bölünəcək:
-
"Vətəndaş Müqaviləsi": 64 mandat
-
"Güclü Ermənistan": 29 mandat
-
"Ermənistan" bloku: 12 mandat
Hüseyn İbadlı
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü


















.jpg)















